Xəbər lenti
Sonuncu xəbərlər
Şəhid anası tələbə adını qazandı
Şəhid Xalid Həsənin anası Maya Quliyeva ali məktəbə qəbul olub. Canlixeber.com xəbər verir ki, Maya Quliyeva Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olunub. Qeyd edək ki, Maya Quliyeva bundan əvvəl kollecdə təhsil alıb. Xalid Mahmud oğlu Həsən 26 yanvar 1995-ci ildə Sumqayıt şəhərində anadan olub. Atası Mahmud Həsən əslən Misirdən, anası Maya Quliyeva isə Ağdam rayonundandır. […]
Ağdamda kişi qətlə yetirildi – Kürəkəni tutuldu
Ağdamda qətl hadisəsi törədilib. Canlixeber.com xəbər verir ki, hadisə Səfərli qəsəbəsində qeydə baş verib. Belə ki, 1969-cu il təvəllüdlü Hüseynov Zakir Cəlal oğlu şəxsi münasibətlər zəminində bıçaqlanıb. Z.Hüseynov aldığı xəsarətdən hadisə yerindəcə ölüb. Onu qətlə yetirməkdə kürəkəni, 1996-cı il təvəllüdlü Eldəniz Elşən oğlu Qənbərov şübhəli bilinir. E.Qənbərov saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə su olmayacaq
Xətai rayonunun bəzi ərazilərində suyun verilişində müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, diametri 200 millimetr olan içməli su xəttinin diametri 600 millimetr olan magistral su kəmərinə birləşdirilməsi ilə əlaqədar Xətai rayonunun bəzi ərazilərində suyun verilişi müvəqqəti məhdudlaşdırılacaq. İşlərin aparılması ilə əlaqədar avqustun […]
Bir sıra ərazilərdə İŞIQ KƏSİLƏCƏK
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə avqustun 25-də paytaxtda və bəzi rayonlarda elektrik şəbəkələrində təmir işləri aparılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində transformator məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar saat 10:00-dan 13:00-dək […]
Bu gün hava necə olacaq?
Avqustun 25-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Havanın temperaturu gecə 23-26° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 45-50% olacaq. Azərbaycanın rayonlarında hava […]
Çindən gətirilən çayda zəhərli maddə, əriştədə kif aşkarlandı
İdxal olunan qida məhsullarına fiziki nəzarət zamanı Çin mənşəli 4 məhsulda uyğunsuzluq aşkarlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində məhsul partiyalarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Aparılan müayinələr nəticəsində yaşıl çayda pestisid qalığı, əriştədə və çörək qırıntılarında kif və maya göbələkləri müəyyən olunub. Qeyd […]
DİN BNMİ 116 kq narkotik vasitə və 9500 ədəd narkotik tərkibli həbi dövriyyədən çıxarıb
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Paytaxtın Binəqədi və Nizami, həmçinin Abşeron və Yevlax rayonlarında keçirilən tədbirlərlə əvvəllər müxtəlif cinayət əməllərinə görə məhkum olunmuş Nicat Həsənov, Mübariz Azayev, Hüseyn Vəliyev, Etibar Səlimov, Elşən Abdullayev […]
Çimərlik mövsümü başlayandan bu günə kimi 53 nəfərin meyiti çıxarılıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən bu ilin ötən dövrü ərzində suda boğulma təhlükəsi ilə üzləşən 75 nəfər (onlardan 69-u çimərlik mövsümündə) xilas edilib. Canlixeber.com xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, xidməti nəzarət edilən çimərlik ərazilərində ölümlə nəticələnən sudabatma hadisəsi qeydə alınmayıb. Lakin […]
AFFA aşağı yaş qrupları üzrə millilərin baş məşqçilərini açıqlayıb
Azərbaycanın futbol üzrə aşağı yaş qruplarından ibarət millilərinin yeni baş məşqçiləri açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Aleksandr Qross U-15, Famil Xəlilov U-16, Emin Mustafayev U-17, Mahmud Qurbanov U-18, Elgiz Kərəmli U-19 komandasının baş məşqçisi təyin edilib. Qeyd edək ki, baş məşqçi vəzifələri üzrə açıq müraciət prosesi AFFA-nın yeni […]
Ötən həftə 1829,3 ha ərazi minalardan təmizlənib
Azad olunan ərazilərdə avqustun 17-dən 23-dək 41 tank əleyhinə mina, 98 piyada əleyhinə mina, 522 digər partlayıcı hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir. Hesabata əsasən, həmin müddət ərzində 1 829,3 ha ərazi […]
