Yanğın törədən şəxs
İmişlidə yanğın törədən şəxs saxlanılıb
İmişlidə yanğın törədən şəxs saxlanılıb. Canlixeber.com xəbər verir ki, İmişli rayonunun Cəfərli kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. Araşdırmalarla yanğının kənd sakini T.Ələsgərli tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində ərazidə quru otlaq sahəsi yanıb. Əməli törədən şəxs barəsində hüquqi məsuliyyət tədbirləri görülüb.
