Qaradağda FACİƏ: Hasardan yıxıldı, sonu oldu
Bakının Qaradağ rayonunda hasardan yıxılan 45 yaşlı kişi ölüb.
Canlixeber.com xəbər verir ki, hadisə avqustun 22-də saat 15 radələrində Lökbatan qəsəbəsində baş verib.
Qəsəbə sakini 1981-cı il təvəllüdlü Səyyad Əli oğlu Rzayev hasarın üzərində iş görərkən oradan yıxılıb.
O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırmalar aparılır.
