İmişli rayonu
İmişlidə toy yasa qarışdı – 21 yaşlı oğlan ŞADLIQ EVİNDƏ ÖLDÜ
İmişli rayonunda şadlıq evində ölüm hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 23-ü saat 23 radələrində İmişli şəhərində yerləşən şadlıq saraylarından birində baş verib. Rayonun Məmmədəli kənd sakini 2001-ci il təvəllüdlü Teymur Bayram oğlu Bayramlı toyda olarkən ürək çatışmazlığından qəfil ölüb. Faktla bağlı araşdırmalar aparılır.
