1 min read

“Gəncə” FIBA Avropa Kubokunda üçüncü oyununa çıxacaq

“Gəncə” basketbol komandası FIBA Avropa Kubokunda bu gün üçüncü oyununa çıxacaq. Canlixeber.com Murad Dikmənin baş məşqçisi olduğu komanda IV turda Portuqaliyanın “Sportinq” klubunu qəbul edəcək. Qarşılaşma Gəncə İdman Sarayında, saat 19:00-da start götürəcək. Xatırladaq ki, “Gəncə” yer aldığı C qrupunda daha əvvəl Yunanıstan təmsilçisi “Kolossos”a (62:80) və Türkiyənin “Esenler Erokspor” klubuna uduzub – 63:92. Komandanın […]

1 min read

“Gəncə” basketbol klubu Avropa Kuboku oyunlarını doğma meydanda keçirəcək

Azərbaycan basketbol tarixində ilk dəfə FIBA Avropa Kubokunda regionu təmsil edən “Gəncə” qitəmiqyaslı turnirdə ev oyunlarını doğma şəhərdə keçirəcək. Canlixeber.com xəbər verir ki, qərb təmsilçisi turnirin qrup mərhələsində 5 ev oyununda rəqiblərini Gəncə İdman Sarayında qəbul edəcək. Ən müasir standartlara cavab verən idman qurğusunda təşkil olunacaq qarşılaşmalar Gəncə basketbolunun beynəlxalq arenada təmsilçiliyi baxımından əlamətdar hadisə […]

1 min read

“Gəncə” basketbol komandası məşqçisi Zaur Məmmədovla müqavilənin müddətini yeniləyib

“Gəncə” basketbol komandası məşqçisi Zaur Məmmədovla müqavilənin müddətini yeniləyib. Canlixeber.com xəbər verir ki, bu barədə qərb təmsilçisinin mətbuat xidmətindən məlumat verilib. 43 yaşlı mütəxəssislə qarşıdakı mövsümün sonunadək anlaşma imzalanıb. Bununla da Məmmədov baş məşqçi Martin Knejeviçə kömək edəcək korpusda yer alıb.

1 min read

“Gəncə” ABŞ-dən olan basketbolçu Kobi Maqini heyətinə qatıb

“Gəncə” daha bir basketbolçunu heyətinə cəlb edib. Canlixeber.com xəbər verir ki, bu barədə klubdan məlumat verilib. Bildirilib ki, ABŞ-dən olan Kobi Maqi yeni mövsümün sonunadək bölgə təmsilçisində çıxış edəcək. 23 yaşlı müdafiəçi ilk dəfə legioner həyatı yaşayacaq. O, bunadək yalnız vətənində çıxış edib.

1 min read

“Gəncə” amerikalı basketbolçu Montavius Mörfini heyətinə cəlb edib

“Gəncə” basketbol klubu ABŞ-dən olan forvard Montavius Mörfi ilə mövsümün sonunadək müqavilə imzalayıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib. 206 sm boya malik basketbolçu ilə növbəti mövsümü əhatə edəcək müqavilə imzalanıb. Qeyd edək ki, 25 yaşlı forvardın sonuncu klubu Bolqarıstan “Minyor”u olub.

1 min read

“Gəncə” ABŞ-dən olan Bakari Kamaranı heyətinə qatıb

“Gəncə” basketbol klubu ABŞ-dən olan Bakari Kamaranı heyətinə qatıb. Canlixeber.com xəbər verir ki, 28 yaşlı hücumçu ilə mövsümün sonunadək müqavilə bağlanıb. Boyu 201 sm olan oyunçu karyerası ərzində İspaniya, Danimarka və Fransa klublarında çıxış edib. Qeyd edək ki, B.Kamaranın son klubu Qətərin “Əl-Vakra” komandası olub.