Sosial
Sonuncu xəbərlər
Azərbaycana qanunsuz gətirilmiş külli miqdarda dərman vasitələrinin realizə edilməsinin qarşısı alınıb
Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz yolla ölkə ərazisinə gətirilmiş külli miqdarda dərman vasitələrinin realizə edilməsinin qarşısı alınıb. Canlixeber.com xəbər verir ki, Dövlət Gömrük Komitəsi məlumat yayıb. Belə ki, Sumqayıt şəhərində yerləşən aptekin anbarından və yük avtomobilindən […]
Madridin “Cibeles” fəvvarəsi Azərbaycan Bayrağı rənglərində işıqlandırılıb
Madridin “Cibeles” fəvvarəsi Azərbaycan Respublikasının Dövlət Bayrağı rənglərində işıqlandırılıb. Canlixeber.com əbər verir ki, fəvvarə İspaniyanın paytaxtında Azərbaycanın Müstəqillik Günü münasibətilə göy, qırmızı və yaşıl rənglərə bürünüb. Qeyd edək ki, İspaniya Krallığı Azərbaycan Respublikasının müstəqilliyini tanıyan və ölkəmizlə diplomatik əlaqələr quran ilk dövlətlərdən biridir.
Beyləqanda altıotaqlı fərdi yaşayış evi yanıb KÜLƏ DÖNDÜ
Beyləqan rayonunda fərdi yaşayış evində yanğın baş verib. Canlixeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında rayonun Qəhrəmanlı qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Bəhmən Kərimova məxsus fərdi yaşayış evində başlayan yanğın anidən güclənib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi cəlb edilib. […]
Fizika-riyaziyyat elmləri namizədi Nüyvər Nəsrullayev vəfat etdi
Görkəmli alim və pedaqoq, fizika-riyaziyyat elmləri namizədi, dosent, Azərbaycan Respublikasının əməkdar müəllimi, Gəncə Dövlət Universitetinin fəxri professoru Nüyvər Loğman oğlu Nəsrullayev vəfat edib. Canlixeber.com xəbər verir ki, Gəncə Dövlət Universitetinin fəxri professoru uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Nüyvər Nəsrullayev 1939-cu ilin martın 8-də Nuxa (indiki Şəki) rayonunun Oxud kəndində anadan olub. pizza O, 1958-ci […]
Polşa klubu azərbaycanlı futbolçu ilə yolları ayırdı
Polşanın “Motor” (Lyublin) klubu Azərbaycan millisinin hücumçusu Renat Dadaşovla yollarını ayırıb. Canlixeber.com qol.az-a istinadla xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, Dadaşovun iyunda başa çatan müqaviləsi yenilənməyəcək. Qeyd edək ki, Azərbaycan millisinin üzvü ötən ilin yayından “Motor”un formasını geyinirdi. 26 yaşlı hücumçu Polşa təmsilçisinin heyətində ümumilikdə 22 oyunda meydana çıxıb […]
Minifutbol millimiz İtaliya ilə qarşılaşacaq
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında bu gün ikinci oyununu keçirəcək. Canlixeber.com xəbər verir ki, F qrupunda yer alan yığma İtaliya yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:45-də başlayacaq. Qeyd edək ki, Azərbaycan minifutbol millisi ilk turda Avstriya kollektivini 1:0 hesabı ilə məğlub edib. Komandamız hazırda 3 xalla […]
Niderlandda azərbaycanlı gənc faciəvi şəkildə öldü
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonundan olan həmyerlimiz Niderlandda faciəvi şəkildə həyatını itirib. Canlixeber.com Qafqazinfo-ya istinadla xəbər verir ki, Aşağı Saral kənd sakini olan 18 yaşlı Raliz Rəqimov göldə boğulub. O, işləmək məqsədilə Niderlanda gedibmiş.
5-ci sinif şagirdi vəfat etdi
Binəqədidə məktəbli qız vəfat edib. Canlixeber.com xəbər verir ki, dünyasını dəyişən A.Məmmədov adına 115 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Rüqəyyə Tanrıverdiyevadır. O, xəstəlikdən həyatını itirib.
Meteohəssas insanların nəzərinə
Mayın 29-u üçün tibbi-meteoroloji hava proqnozu açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, günün ikinci yarısından Abşeron yarımadasında atmosfer təzyiqinin yüksəlməsi fonunda xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Güclü küləklə bağlı xəbərdarlıq edilib
Mayın 29 və 30-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gəncə, Naftalan, Goranboy, Samux, Daşkəsən, Gədəbəy, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, […]
