1 min read

Kürdəmirdə dəmir yolunun kənarında kişi meyiti tapıldı – ADY-dən açıqlama

Bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, dərhal aidiyyəti üzrə məlumat verilib. Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.

1 min read

Kürdəmirdə iki yük maşınının iştirakı ilə ağır qəza olub, bir nəfər ölüb

Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Bakı-Qazax əsas magistral yolunun rayonun Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 1966-cı il təvəllüdlü İmişli rayon sakini Əliyev Mahmudun sükanı arasında olduğu “Isuzu” markalı yük maşını yol kənarında dayanmış “Mercedes” markalı yük maşınına çırpılıb. Nəticədə “Isuzu” markalı yük maşınında […]

1 min read

Kürdəmirdə avtomobil aşıb: Xəsarət alan sürücü Bakıya gətirilir

Kürdəmirdə avtomobilini aşıran sürücü müalicəsini paytaxt klinikalarından birində davam etdirəcək. Canlixeber.com xəbər verir ki, hadisə dünən Bakı-Qazax avtomagistralının Kürdəmir rayonu ərazisindən keçən hissəsində baş verib. 1972-ci il təvəllüdlü Heyran Şükürovanın idarə etdiyi “Kia” markalı avtomobil nəzarətdən çıxaraq yol kənarındakı su arxına düşüb. Hadisə zamanı avtomobildə olan daha bir nəfər sərnişin də xəsarət alıb. İlkin yardımdan sonra sürücü […]

1 min read

Kürdəmirdə avtomobil qəzasında 5 nəfər xəsarət alıb

Kürdəmir rayonunda “Toyota” markalı avtomobilin aşması nəticəsində beş nəfər xəsarət alıb. Canlixeber.com xəbər verir ki, hadisə Pirili kəndində baş verib. Kənd sakini, 1978-ci il təvəllüdlü Ramin Hüseynovun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq aşıb.Nəticədə sürücü və sərnişinlər – 1979-cu il təvəllüdlü Səidə Hüseynova, 2007-ci il təvəllüdlü Afaq Hüseynova, 1989-cu il təvəllüdlü Mahruq Əliyeva və 2010-cu il […]

1 min read

Kürdəmirdə zəncirvari QƏZA: İki nəfər xəsarət alıb

Kürdəmirdə baş verən zəncirvari yol-nəqliyyat hadisəsində iki xəsarət alıb. Canlixeber.com xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun 26-cı kilometrliyində, rayonun Təklə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Daewoo” markalı avtomobil yol kənarında dayanmış VAZ-2106 markalı maşına çırpılıb. Zərbənin təsirindən nəqliyyat vasitəsi hərəkətdə olan digər VAZ-2106 markalı avtomobilə dəyib. Qəza nəticəsində VAZ-2106 markalı avtomobillərdən […]

1 min read

Hüquqsuz avtomobil idarə edən şəxs narkotik aludəçisi imiş

Kürdəmir rayon sakini Samid Səmədov Kənar Dairəvi yolda idarə etdiyi “Mercedes” markalı avtomobillə manevretmə qaydalarını pozduğu üçün Ekoloji nəzarət bölüyünün əməkdaşları tərəfindən saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. Bildirilib ki, süni gərginlik yaratmaqla sənədlərini təqdim etməkdən yayınmağa çalışan S.Səmədovun sürücülük hüququnun olmaması müəyyən edilib. Araşdırma zamanı hərəkətləri […]

1 min read

Kürdəmirdə gənc oğlan batıb

Şirvan suvarma kanalının Kürdəmir rayonu, Ərəb Qubalı kəndindən keçən hissəsində bir nəfər batıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları çağırış üzrə cəlb olunub. Dalğıclar tərəfindən 1998-ci il təvəllüdlü Emil Həsənovun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti […]

1 min read

Kürdəmirdə FACİƏ: Azyaşlı pəncərədən yıxılıb ÖLDÜ

Kürdəmirdə azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirib. Canlixeber.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Babək küçəsində baş verib. Belə ki, şəhər sakini, 2023-cü il təvəllüdlü Yusif Qədir oğlu Vahidov ehtiyatsızlıqdan yaşadığı çoxmərtəbəli binanın 5-ci mərtəbəsinin pəncərəsindən yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Kürdəmirdə 21 yaşlı qadın qətlə yetirildi, əri saxlanıldı

Kürdəmirdə mübahisə qanlı sonluqla nəticələnib. Canlixeber.com Mətbuat.az-a istinadən xəbər verir ki, Kürdəmir rayonunda ər arvadını qətlə yetirib.Hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb. Belə ki, aralarında yaranan ailə münaqişəsi zəminində ər Natiq Araz oğlu Bəşirov həyat yoldaşı – 21 yaşlı Lamiyə İsmayıl qızı Bəşirovanı qətlə yetirib. Hadisə yerinə rayonun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Qadının […]