Sonuncu xəbərlər
Azərbaycan XİN Beliz və Maltanı milli günləri münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Belizi Milli Günü münasibətilə təbrik edib. Canlixeber.com xəbər verir ki, bu barədə nazirlik “X” sosial media hesabında yazıb. “Beliz xalqını və hökumətini Belizin Milli Günü münasibətilə səmimi qəlbdən təbrik edirik! Milli Gününüz mübarək!”, – paylaşımda qeyd olunub.
AYNA: 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar “Şamaxinka”da dayanmayacaq
Azərbaycanda bəzi marşrutlar “Şamaxinka” dayanacaq məntəqəsindən çıxarılır. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Belə ki, Moskva prospekti, “Şamaxinka” adlanan ərazidə müntəzəm marşrut xətləri üzrə hərəkətin optimallaşdırılması məqsədilə 130, 142, 500, 503 və 508 nömrəli marşrutlar mövcud dayanacaq məntəqəsindən çıxarılır. Bu marşrutların sərnişinləri “Azərbaycanfilm Kinostudiyası” dayanacaq məntəqəsindən istifadə edə […]
Market işçiləri arasında dava: Bıçaqlanan var
Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə sentyabrın 19-da şəhər ərazisindəki kafelərdən birində baş verib. Şəhər ərazisindəki kafelərdən birində yeyib-içən iş yoldaşları arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib, 1991-ci il təvəllüdlü Vüqar Bəkirov bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Oğuz rayon […]
Qisas almaq üçün 68 yaşlı kişini öldürüb su quyusuna atdı
Azərbaycan Respublikasının prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb. Bildirilib ki, 2019-cu ilin aprel ayında Cəlilabad rayonunun Göytəpə şəhər sakini 1951-ci il təvəllüdlü Nadir Bahadır oğlu Məmmədovun həmin ilin mart ayında yaşadığı […]
Evdən 10 min manatlıq oğurluq edən şəxslər saxlanılıblar
Paytaxtın Nizami rayonu ərazisində evlərdən birindən qızıl-zinət əşyaları və pul oğurlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı oğurluq əməlini törətməkdə şübhəli bilinən 31 yaşlı Nahid Abdullayev və 29 yaşlı Mədinə Babayeva müəyyən olunaraq saxlanılıblar. Araşdırmalar zamanı onlar evdən ümumilikdə […]
Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbirlərlə saxlanılan 30 yaşlı Murtuz Məmmədlidən ümumilikdə 15 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Araşdırmalarla onun narkotik vasitələri xaricdə yaşayan narkotacirdən əldə etdiyi və maddi qazanc qarşılığında deyiləcək ünvanlara çatdırmağa sövdələşdiyi müəyyən […]
Göygöldə qadın öldürüldü – Əri saxlanıldı
Göygölün Üçtəpə kəndində qətl törədilib. Canlixeber.com xəbər verir ki, Gəncə şəhər sakini Mehriban Quliyeva öldürülüb. Onun qətlində əri, 1985-ci il təvəllüdlü Mətləb Quluyev şübhəli bilinir. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma başlanılıb.
Yasamalda xeyriyyə adı altında dələduzluq edən şəxs saxlanılıb
Yasamal rayonu ərazisində dələduzluq faktı qeydə alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər də dələduzluq əməllərinə görə dəfələrlə məhkum olunmuş 70 yaşlı N.Məhərrəmova müəyyən olunaraq saxlanılıb. Araşdırmalar zamanı onun zərərçəkmiş şəxsin evinə özünü xeyriyyə təşkilatının nümayəndəsi kimi təqdim edərək daxil olduğu, […]
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb
Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik xassəli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 61 yaşlı Telman Hüseynov saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Onun yaşadığı evin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi 140 ədəd narkotik tərkibli kol, evindən isə narkotik vasitələr […]
“Kahı” və “kərəviz” yükündə 79 kq narkotik vasitə aşkarlandı
Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb. Canlixeber.com xəbər verir ki, bu barədə komitənin mətbuat xidməti məlumat yayıb. Astara gömrük postunda İran İslam Respublikasından Rusiya Federasiyasına “kahı” və “kərəviz” yükü aparan yük nəqliyyat […]
