Sonuncu xəbərlər
Tanınmış iş adamının nəvəsi qonşunu güllələdi
Ağdaşda silahlı insident baş verib. Canlixeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayon sakini olan 51 yaşlı qadın qarın nahiyəsindən aldığı xəsarətlərlə xəstəxanaya müraciət edib. Məlum olub ki, ona xəsarəti qonşuluqda yaşayan 14 yaşlı M.Ə. yetirib. Belə ki, yeniyetmə küçə heyvanına tir tüfəngi ilə atəş açarkən güllə ehtiyatsızlıqdan qonşuluqda yaşayan qadına dəyib. Faktla bağlı araşdırma aparılır. […]
Bu gün Ramiz Mehdiyevin məhkəməsi başlayır
Bu gün Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin məhkəməsi başlayır. Canlixeber.com xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Murad Aslanovun sədrliyi ilə keçirilməsi gözlənilir. Qeyd edək ki, Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində 2025-ci ilin oktyabr ayında cinayət işi açılıb. DTX-nin yaydığı məlumata görə, Azərbaycan vətəndaşları – Ramiz […]
Bakıda 10 otaqlı yaşayış evində yanğın olub
Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, İ.Əfəndiyev küçəsində fərdi yaşayış evində yanğın baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 200 kv.m. olan […]
Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb
Sabirabad rayonunda baş verən yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb. Canlixeber.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Qəfərli kəndi ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Nissan” markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində 1988-ci il təvəllüdlü Fərzəliyev Yusif Rasim oğlu, onun həyat yoldaşı 1999-cu il təvəllüdlü […]
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
Bu gün Bakı şəhərinin Yasamal və Nizami rayonlarının bəzi ərazilərində təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti məhdudiyyət yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb. Bildirilib ki, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə adıçəkilən rayonlarda yerləşən bəzi transformator məntəqələrində təmir-təftiş işləri aparılacaq. Yasamal Rayon […]
Azərbaycanlı cüdoçu dünya çempionu oldu
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə veteranlar arasında dünya çempionatı start götürüb. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. Bildirilib ki, ilk yarış günündə Azərbaycan komandası M1 yaş kateqoriyasında bir qızıl və üç bürünc medal qazanıb. 100 kq çəki dərəcəsində mübarizə aparan Məmmədəli Mehdiyev bütün rəqiblərinə qalib gələrək dünya çempionu […]
Hava dəyişir: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Sentyabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23° […]
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Azərbaycanın magistral avtomobil yollarında sentyabrın 21-də müşahidə ediləcək vəziyyət açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Kamandan oxatma üzrə Bakı şəhər çempionatın qalibləri müəyyələşib
Kamandan oxatma üzrə Bakı şəhər çempionatın qalibləri müəyyələşib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Kamandan Oxatma Federasiyasından (AKOF) bildirilib. U-15 kateqoriyasında gənc oxatanlar 40 metr məsafədən hədəfi dəqiq vurmaq uğrunda yarışıblar. Yekun nəticələrə əsasən, oğlanlar arasında Məhəmməd İsmayılov qızıl, Əli Məmmədov gümüş, Əhməd İsmayılov isə bürünc medal qazanıb. Qızların mübarizəsində Banu Məmmədova qızıl, Sona […]
Leysan, şimşək, dolu, duman… – DYP-dən sürücülərə vacib çağırış
Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. Canlixeber.com həmin müraciəti təqdim edir: “Sentyabrın 21-də ölkənin bəzi dağlıq və dağətəyi rayonlarında yağışın ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, gecə və səhər saatlarında isə dağlıq ərazilərdə duman müşahidə ediləcəyi proqnozlaşdırılır. Baş Dövlət Yol Polisi İdarəsi gözlənilən […]
