Market işçiləri arasında dava: Bıçaqlanan var
1 min read

Market işçiləri arasında dava: Bıçaqlanan var

Mingəçevir şəhərində bıçaqlanma hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə sentyabrın 19-da şəhər ərazisindəki kafelərdən birində baş verib.

Şəhər ərazisindəki kafelərdən birində yeyib-içən iş yoldaşları arasında mübahisə yaranıb. Mübahisə dava ilə nəticələnib, 1991-ci il təvəllüdlü Vüqar Bəkirov bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 2003-cü il təvəllüdlü Oğuz rayon sakini Novruz Soltanov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Qeyd edək ki, mübahisə edən şəxslər şəhər ərazisindəki supermarketlərdən birində çalışırmışlar.