Dələduzluq cinayəti
“Toyota Bakı Mərkəzi”nin əməkdaşı həbs edildi – 610 min manatlıq fırıldaq
“Toyota Bakı Mərkəzi”nin sürücüsü 1986-cı il təvəllüdlü Vüsal Kərimov (soyadlar şərtidir) həbs olunub. Canlixeber.com xəbər verir ki, o, tanışı Tamerlan Əliyevin şikayəti əsasında məsuliyyətə cəlb edilib. Məlum olub ki, Vüsal 2014-cü ildən həmin şirkətdə çalışıb və əlaqələr qurub. O, dostluq münasibətində olduğu Tamerlana birgə iş qurmağı təklif edib. Belə ki, Vüsal həmin şəxsə “Toyota Bakı […]
Naxçıvanda 250 min manatlıq dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb
Naxçıvanda dövlət qurumunun adından istifadə edərək 250 min manatdan çox vəsaiti dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən şəxs yaxalanıb. Canlixeber.com xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət qurumunun adından istifadə edərək vətəndaşları aldadan İlkin Abdullayev polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun vətəndaşlara obyekt tikintisinə sərəncam verilməsi ilə bağlı dövlət qurumu adından saxta sənəd hazırlayaraq […]
Leyla Əhmədova HƏBS OLUNDU
Tanınmış modelyer Leyla Əhmədova həbs edilib. Canlixeber.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Leyla Saday qızı Əhmədova külli miqdarda dələduzluqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Leyla Əhmədova barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə üçaylıq həbs qətimkan tədbiri seçilib.
“Atam MİDA-da işləyir” yalanı ilə dələduzluq edən taksi sürücüsü CƏZALANDIRILDI
Bakıda tanışını aldadaraq 8 min manat alan şəxs cinayət məsuliyyətinə cəlb edilib. Canlixeber.com xəbər verir ki, polisə müraciət edən Elcan adlı şəxs tanışı Fəridin ona MİDA-nın Hövsan kompleksində güzəştli şərtlərlə ev alacağına söz verərək xeyli pul aldığını bildirib. Aparılan araşdırmalarla vəsaitin Abşeron rayonu ərazisində verilməsi məlum olub. Faktla bağlı Fərid Əliyev barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü […]
KMBİ MİDA adından saxta müqavilələr satan QADINLARI İFŞA ETDİ
Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) “Güzəştli mənzil” informasiya sisteminə qanunsuz müdaxilə edilməsi niyyəti və vətəndaşların aldadılması yolu ilə pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə əməliyyat-texniki tədbirlər həyata keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, nəticədə qeyd edilən qanunsuz əməlləri törətməkdə […]
KMBİ maliyyə təşkilatları adından saxta kredit səhifələri yaradan şəxsi saxladı
Kiberpolisin həyata keçirdiyi növbəti əməliyyat-texniki tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən Elcan Cəfərov saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Araşdırmalarla müəyyən edilib ki, o, sosial şəbəkələrdə bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə vizual baxımdan oxşar saxta səhifələr yaradıb. E.Cəfərov bununla kifayətlənməyərək daha çox şəxsi cəlb etmək məqsədi ilə […]
Dələduzluq edən 8 nəfər saxlanıldı
Azərbaycanda dələduzluq edən 8 nəfər saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının avqustun 19-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
“Xaricdə iş” vədi ilə vətəndaşları aldadan şirkət rəhbərinə hökm oxundu
Xaricdə işə düzəltmək adı ilə vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən “Paradise Travel Group” MMC-nin rəhbəri Pərvin Quliyevanın cinayət işinin məhkəməsi yekunlaşıb. Canlixeber.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. O, 3 il 3 ay 26 gün müddətinə azadlıqdan məhrum edilib. Xatırladaq ki, dövlət ittihamçısı […]
Dələduzluq edən 8 nəfər saxlanıldı
Azərbaycanda dələduzluq edən 8 nəfər saxlanılıb. Canlixeber.com xəbər verir ki, barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis əməkdaşlarının avqustun 14-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Biznes qurmaq adı ilə iş adamlarını aldadan şəxsə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emin Yusiflinin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Canlixeber.com xəbər verir ki, hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona şərti cəza verilib və təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilib. Qeyd edək ki, Emin Yusifli etibardan sui-istifadə etmə […]
