Lerik
Azərbaycanda zəlzələ baş verib
Lerik rayonunda 3.1 maqnitudalı zəlzələ baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar Lerik stansiyasından 16 km şərqdə, yerli vaxtla saat 1:47-də, 26 km dərinlikdə qeydə alınıb. Zəlzələ hiss olunmayıb.
Lerikdə 59 yaşlı kişi bədbəxt hadisə nəticəsində öldü
Lerik rayonunda bədbəxt hadisə baş verib. Canlixeber.com xəbər verir ki, hadisə bu gün səhər saat 7 radələrində rayonun Livədirqə kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1967-ci il təvəllüdlü Vaqif Ayazəli oğlu Quliyev yaşadığı evin eyvanından yıxılıb. İlkin məlumata görə, onun şizofreniya xəstəliyindən əziyyət çəkdiyi, başgicəllənməsi nəticəsində müvazinətini itirərək yıxıldığı bildirilir. Ağır xəsarətlər alan V.Quliyev […]
Lerik rayonunda ev quşlarının kütləvi tələfatı qeydə alınıb
Lerik rayonunda da ev quşlarının kütləvi tələfatı müşahidə olunmağa başlayıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Dizdipok kəndində qeydə alınıb. Kənd sakini İntiqam Qafarovun təsərrüfatında 100-ə yaxın ev quşu tələf olub. Yerli sakinlərin sözlərinə görə, xəstələnən quşlarda əvvəlcə pipik hissəsində qaralma, daha sonra isə titrəmə əlamətləri müşahidə olunur. Qısa müddət sonra isə quşlar tələf olur. […]
Lerikdə “Niva” aşıb
Lerik rayonunda baş verən yol-nəqliyyat hadisəsinin bəzi detalları məlum olub. Cənlixeber.com xəbər verir ki, hadisə bu gün saat 08:30-da Lerik-Lənkəran yolunun 37-ci kilometrliyində, Peştətük kəndi ərazisində baş verib. Lerik rayon sakini Aslan Cəbiyev idarə etdiyi “Niva” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın aşıb. Avtomobildə sürücü tək olub və yüngül bədən xəsarətləri alıb.
Lerikdə 5 tondan artıq xaş-xaş kolu məhv edilib
Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Orand kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Ümumi çəkisi 5200 kiloqram olan 18700 ədəd xaş-xaş kolu məhv edilib.
Lerikdə avtomobil dərəyə aşıb, xəsarət alanlar var
Lerikdə yol-nəqliyyat qəzasında biri azyaşlı olmaqla 4 nəfər xəsarət alıb. Canlixeber.com xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında baş verib. Astara rayon sakini 1989-cu il təvəllüdlü Elnur Ibrahim oğlu Qurbanlı idarə etdiyi “Opel” markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi hündürlükdən dərəyə aşıb. Dərəyə aşan avtomobil ağaca çırpılaraq dayanıb. Qəza nəticəsində avtomobildə sərnişin […]
