Sonuncu xəbərlər
ABŞ-dən olan basketbolçu Maylz Uilmot “Naxçıvan”a keçib
“Naxçıvan” ABŞ-dən olan basketbolçu Maylz Uilmotu heyətinə qatıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Onun müqaviləsinin müddəti mövsümün sonunadək nəzərdə tutulub. 25 yaşlı oyunçunun son klubu NCAA-da mübarizə aparan “Canisius Golden Griffins” komandası olub.
Aysel İbayevaya vəzifə verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yeni təyinat olub. Canlixeber.com İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı nazir Anar Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, Aysel İbayeva İcbari tibbi sığorta siyasəti və tibbi-sosial ekspertiza şöbəsinin müdir müavini vəzifəsinə təyin olunub. O bu təyinatadək 10 il müddətində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Hüquq departamentinin rəhbəri […]
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb
Polşada istehsal olunmuş məhsulun üzərində artıq ləğv edilmiş separatçı rejimin əskisinin təsviri olan çap materialının yerli satışda olması barədə məlumat bu ölkədəki Azərbaycan diaspor nümayəndələrinin sosial şəbəkələrində yayımlamasından dərhal sonra Azərbaycanın Polşadakı səfirliyi materialların istehsalının dayandırılması və satışdan çıxarılması istiqamətində tədbirlər həyata keçirib. Canlixeber.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Polşadakı səfirliyindən məlumat […]
Bakıda tanınmış həkim əməliyyatdan sonra öldü
Avqustun 31-i Bakıda cərrahi əməliyyat keçirən 1995-ci il təvəllüdlü Şahin Tofiq oğlu Tağıyev vəfat edib. Canlixeber.com xəbər verir ki, həkim-stomatoloq olan Ş.Tağıyev əməliyyatdan sonra səhhətinin ağırlaşması səbəbindən həyatını itirib. Yaxınları bildiriblər ki, ötən ayın son günündə Şahin Tağıyev Dövlət Sərhəd Xidmətinin hospitalında ödündəki problemə görə əməliyyat olunub. Lakin bundan sonra onun səhhətində ağırlaşma başlayıb və […]
Sabah Azərbaycanda pensiyalar tam ödəniləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sentyabrın 22-də Azərbaycan üzrə pensiyaların tam ödənilərək yekunlaşdırması nəzərdə tutulub. Canlixeber.com xəbər verir ki, bu barədə Fond məlumat yayıb. Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.
Azərbaycanın daha 3 boksçusu Avropa çempionatının 1/4 finalına yüksəlib
Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında Azərbaycan millisinin daha 3 idmançısı 1/4 finala vəsiqə qazanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb. Sübhan Mamedov (50 kq) 1/8 finalda Emanuel Koça (Albaniya) ilə döyüşüb. Görüş 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27) hesabı ilə dünya çempionumuzun xeyrinə başa çatıb. O, növbəti görüşdə İştvan […]
Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb
Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev Bakıda böyüklər arasında keçiriləcək cüdo üzrə dünya çempionatında ədalət təmsilçilərindən biri olacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. N.Umbayev cüdo üzrə dünya çempionatlarında hakimlik edən ilk azərbaycanlı referidir. O, ilk dəfə 2025-ci ildə Macarıstanda keçirilən mundialın hakimlər […]
“Barselona”nın futbolçusu Andreas Kristensen zədələnib
“Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İspaniyanın “Barselona” klubunun futbolçusu Andreas Kristensen zədələnib. Canlixeber.com xəbər verir ki, aparılan müayinələr danimarkalı müdafiəçinin sol budunun əzələsindən zədələndiyini təsdiqləyib. O, yaxın həftələrdə komandaya kömək edə bilməyəcək, bərpa müddəti isə müalicənin gedişindən asılı olacaq. Qeyd edək ki, Danimarka millisinin üzvü 2026/2027 mövsümünün əvvəlində 6 matçda meydana çıxıb. Bu […]
Bakıda restoranda mühafizəçinin meyiti tapıldı
Bakıda restorandan meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda baş verib. Sentyabrın 20-si saat 12 radələrində Bakı şəhər sakini 1962-ci il təvəllüdlü Bəxtiyar Musa oğlu Məmmədovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti mühafizəçi işlədiyi iaşə müəssisəsində aşkarlanıb. Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Zakir Həsənov hərbi polisin döyüş hazırlığını izləyib
Müdafiə Nazirliyinin rəhbər heyəti Hərbi Polis İdarəsinin Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) bölüyünün ön əməliyyat bazasında icra olunan fəaliyyətlərlə tanış olub. Canlixeber.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini – Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyev müdafiə naziri general-polkovnik Zakir Həsənova hərbi polisin […]
