Sonuncu xəbərlər
Azərbaycan XİN Qvineya-Bisaunu Milli Günü münasibətilə təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qvineya-Bisaunu Milli Günü münasibətilə təbrik edib. Canlixeber.com xəbər verir ki, bu barədə nazirliyin “X” sosial media hesabında post paylaşılıb. “Milli Günü münasibətilə Qvineya-Bisau xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik! Milli Gününüz mübarək!”, – paylaşımda qeyd olunub.
Suraxanıda 32 kiloqram narkotik vasitə aşkarlanıb
Suraxanı rayonunda 32 kiloqram narkotik vasitə aşkarlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən M.Buqlov saxlanılıb. Ondan 32 kiloqram narkotik vasitə aşkarlanıb. Araşdırmalarla saxlanılan şəxsin narkotikləri sosial şəbəkələrdə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə […]
“Qəbələ” Yaponiyanın U-20 millisi ilə qarşılaşacaq
“Qəbələ” milli komandaların oyunları ilə bağlı yaranan fasilə dövründə 2 yoxlama oyunu keçirəcək. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən bildirilib. Bölgə təmsilçisi sentyabrın 27-si “Karvan-Yevlax”la, oktyabrın 3-də isə Yaponiyanın U-20 millisi ilə qarşılaşacaq. Qeyd edək ki, hər iki matç Qəbələ şəhər stadionunda baş tutacaq.
Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq
Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Canlixeber.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Beləliklə, respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq.
Bakıda mənzildən meyit tapıldı
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı və Sumqayıt şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Həyata keçirilən tədbirlər nəticəsində 4 nəfər uşaq xilas edilib, 1 nəfərin meyiti aidiyyəti üzrə […]
“Formula 1″lə əlaqədar Bakı metropolitenində iş saatı uzadılacaq
Bakıda keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar “Bakı Metropoliteni” QSC-də iş qrafiki dəyişdiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə səhmdar cəmiyyətiməlumat yayıb. Bildirilib ki, mədəni-kütləvi tədbirlər planına uyğun olaraq, sentyabrın 24-dən 26-dək 3 stansiya – “İçərişəhər”, “Sahil” və “28 May” gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Stansiyalara növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq. Ayın […]
Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir
Beynəlxalq təhlükəsizlik sistemi dərin keçid dövrü yaşayır. Canlixeber.com xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev IV Bakı Təhlükəsizlik Forumunda çıxışında bildirib. Xidmət rəisi ənənəvi mexanizmlərin yeni təhdidlərə çevik cavab verə bilmədiyini və etibarlı tərəfdaşlığın zəruriliyini qeyd edib. Təhlükəsizliyin artıq yalnız sərhədlərin qorunmasından ibarət olmadığını açıqlayan DTX rəhbəri davam edən münaqişələrin regional […]
Laçında dağlıq ərazidə yanğın olub
Laçın rayonunun Minkənd kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Mürəkkəb relyefin və küləkli havanın yaratdığı çətinliklərə baxmayaraq, yanğın geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.
Yeni Suraxanıda qaz olmayacaq
Bu gün Bakının Suraxanı rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir. Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yeni Suraxanı qəsəbəsinin T. Nərimanov, 14 İyul və M. Ə. Sabir küçələrinin qaz təchizatında qisamüddətli fasilə yaranacaq.
Seneqallı voleybolçu Seriqne Nqaqne Fall Azərbaycan klubuna keçib
Seneqallı voleybolçu Seriqne Nqaqne Fall karyerasını Azərbaycanda davam etdirəcək. Canlixeber.com xəbər verir ki, “Murov Az Terminal” 31 yaşlı blokçunu heyətinə qatdığını açıqlayıb. Xatırladaq ki, daha əvvəl İsveç və İsveçrədə legioner həyatı yaşayıb.
