Laçın
Laçında dağlıq ərazidə yanğın olub
Laçın rayonunun Minkənd kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Mürəkkəb relyefin və küləkli havanın yaratdığı çətinliklərə baxmayaraq, yanğın geniş əraziyə yayılmasına imkan verilmədən söndürülüb.
48 yaşlı vəzifəli şəxs qardaşının evində qəfil öldü
Laçın Rayon İcra Hakimiyyəti başçısının Piçənis kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəfat edib. Canlixeber.com xəbər verir ki, 1978-ci il təvəllüdlü Niftalı Manafov Bakıda qardaşının evində insult keçirib və həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Bu gün Laçın şəhəri günüdür
26 avqust – Laçın Şəhəri Günüdür. Canlixeber.com ki, sözügedən gün Prezident İlham Əliyevin 31 iyul 2023-cü il sərəncamı ilə təsis olunub. Bununla da hər il 26 avqust tarixində təntənəli şəkildə Laçın Şəhəri Günü qeyd edilir. 2020-ci ildə Azərbaycanın Vətən müharibəsində qazandığı qələbədən sonra Ermənistan məğlubiyyəti qəbul etdi və kapitulyasiya aktına imza atdı. Həmin sənədə əsasən, […]
Mədəniyyət Nazirliyi Laçındakı “Simurq” kitabxanası ilə bağlı məsələyə münasibət bildirib
“Bəzi insanlarda Laçındakı “Simurq” kitabxanası ilə bağlı müəyyən çaşqınlıq yaranıb. Sanki söhbət dövlətin açdığı kitabxanadan gedir. Amma əslində bu, özəl şəkildə yaradılmış kitabxanadır”. Canlixeber.com xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov naşirlər və yazarlarla görüş zamanı deyib. “Biz dövlət qurumu olaraq, təbii ki, belə təşəbbüsləri və fəaliyyətləri dəstəkləyirik. Bu dəstək çərçivəsində “Simurq” kitabxanasının […]
Laçında yaşayış evlərinin yaxınlığında yanğın olub
Laçın şəhərində yaşayış evlərinin yaxınlığındakı kol-kosluq sahədə yanğın baş verib. Canlixeber.comxəbər verir ki, hadisə Qorxmaz Eyvazov küçəsində qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Laçın Rayon Dövlət Yanğından Mühafizə hissəsinin texnikaları və canlı qüvvəsi həmçinin cəlb olunub. Alov söndürülüb, ətraf ərazilərə keçməsinin qarşısı alınıb və yaxınlıqdakı yaşayış yerləri yanğından mühafizə olunub. […]
