Sonuncu xəbərlər
Rusiyada tanınmış məşqçini ayı parçaladı
Rusiyanın Tuva Respublikasında ayının hücumuna məruz qalan turist ölüb. Canlixeber.com xəbər verir ki, bu barədə “İnterfaks”a respublikanın Dövlət Ov Nəzarəti İdarəsinin rəhbəri Artış Salçak məlumat verib. “Sentyabrın 22-də moskvalı turistlərdən ibarət qrup Böyük Yenisey çayı ilə qayıqla dərin tayqaya doğru hərəkət edib. Onlar sahil boyu düşərgə qurublar. Günorta saatlarında qrupa ayı hücum edərək 60 yaşlarında […]
Biləsuvarda 17 kiloqram narkotik vasitə aşkarlanıb
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı ardıcıl tədbirlər keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Saxlanılan M.Abdullayevdən 10 kiloqramdan artıq narkotik vasitə və 118 ədəd narkotik tərkibli həblər aşkarlanıb. Şöbə əməkdaşlarının həyata keçirdiyi digər tədbirlərlə isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən F.Pirməmmədov saxlanılıb. Həmin şəxsdən 7 […]
Cəlilabadda 44 yaşlı qadın evində yandı
Cəlilabad rayonunda qadın evində yanıb. Canlixeber.com xəbər verir ki, hadisə sentyabrın 23-ü saat 14 radələrində rayonun Uzuntəpə kəndində baş verib. Kənd sakini 1982-ci il təvəllüdlü Aidə Şıxəliyeva yaşadığı evdən termiki xəsarətlə xəstəxanaya gətirilib. Onun evdə maye qazdan yandığı bildirilir. Faktla bağlı araşdırmalar aparılır.
Bakıda maşında meyit tapıldı
Bakıda sürücü sükan arxasında ölü tapılıb. Canlixeber.com xəbə verir ki, hadisə Suraxanı rayonu ərazisində baş verib. Sentyabrın 23-ü saat 10 radələrində Hövsan qəsəbəsi ərazisində qəsəbə sakini 1958-ci il təvəllüdlü Zahab Allahverdiyevin meyiti sükan arxasında tapılıb. İlkin ehtimala görə, sürücü idarə etdiyi “Mercedes” markalı avtomobildə ürək çatışmazlığından ölüb. Faktla bağlı araşdırmalar aparılır.
Yevlaxda qətl törədən 6 qohuma hökm oxundu
Yevlaxda iki il əvvəl qətl törətməkdə təqsirləndirilən 6 qohumun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Canlixeber.com xəbər veir ki, Tərtər Hərbi Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, X.R. və V.T. 19 il, Ə.Ə. və D.A. 18 il 2 ay, Ş.İ. 18 il, Ş.S. 15 il müddətinə azadlıqdan məhrum edilib. Qətl hadisəsi 2024-cü ildə Yevlaxda […]
Azərbaycan millisi Avropa çempionatında rekord vurub
Kişi boksçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında medal sayında yeni rekord vurub. Yığma bu nailiyyətə Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yarışda imza atıb. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb. Boksçumuz Səidcəmşid Cəfərov (75 kq) Avropa çempionatında yarımfinala vəsiqə qazanmaqla 5-ci medalı təmin edib və millimiz tarixi ilki reallaşdırıb. İndiyədək idmançılarımız analoji […]
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Çinin “01.AI” və “Sinovation Ventures” şirkətlərinin baş icraçı direktoru Kei-Fu Lini, İtaliyanın “TEHA Group” şirkətinin Beynəlxalq sammitlər üzrə kordinatoru və Səudiyyə Ərəbistanı üzrə inkişaf rəhbəri Filippo Malinvernonu qəbul edib. Canlixeber.com xəbər verir ki, qonaqlar qəbula görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Onlar Prezident İlham Əliyevin himayəsi altında Bakıda keçiriləcək […]
Bakıda 51 min manatlıq oğurluq olub
Nizami rayonunda 51 min manatlıq oğurluq edənlər saxlanılıblar. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, paytaxtın Nizami rayonunda şirkətlərə məxsus anbarların birindən kombi aparatları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 4 nəfər- R.Tərlanlı, K.Əsgərov, A.Abışov və N.Əhmədov saxlanılıblar. Araşdırmalarla məlum olub ki, onlar dəyəri 51000 manat […]
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb
İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb.Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb. Bildirilib ki, Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində ümumi çəkisi 111 kiloqram 200 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Belə ki, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində uçuş aparatı vasitəsilə […]
Sumqayıtda qaydaları pozan 22 motosiklet sürücüsü saxlanılıb
Sumqayıtda motosiklet sürücülərinə qarşı profilaktik tədbirlər keçirilib, 22 nəfər saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin və digər xidmət sahələrinin əməkdaşlarının iştirakı ilə şəhərin müxtəlif ərazilərində keçirilən tədbirlər zamanı ümumilikdə 22 motosiklet sürücüsü saxlanılıb. Araşdırmalarla onlardan 2 nəfərin narkotik vasitənin […]
