Murov Az Terminal
Qazaxıstan millisinin voleybolçusu Sergey Kuznetsov karyerasını Azərbaycanda davam etdirəcək
Azərbaycan Yüksək Liqasında çıxış edən kişilərdən ibarət “Murov Az Terminal” komandası yeni voleybolçu ilə anlaşıb. Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb. Qazaxıstanlı toppaylayıcı Sergey Kuznetsovla müqavilə imzalanıb. Xatırladaq ki, son olaraq Rusiyanın “Kuzbass” (Kemerovo) klubunda çıxış etmiş 32 yaşlı oyunçu Qazaxıstan millisinin də formasını geyinib.
“Murov Az Terminal” heyətini Keionna Makkeylə gücləndirib
“Murov Az Terminal” heyətini amerikalı voleybolçu Keionna Makkey ilə gücləndirib. Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti bildirib. Amerikalı hücumçu ilə növbəti mövsümü əhatə edəcək müqavilə imzalanıb.
