1 min read

DTX tərəfindən saxlanılan Saleh Səmədov məhkəmədə ifadə verdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Canlixeber.com xəbər verir ki, təqsirləndirilən Saleh Səmədov məhkəmədə ifadə verib. O, özünü qismən təqsirli bildiyini deyib. Növbəti iclas iyulun 1-nə təyin olunub.