1 min read

Salyanda iki qəza oldu – Yaralılar var

Salyanda iki yol-nəqliyyat hadisəsi olub. Canlixeber.com xəbər verir ki,  Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində “Volvo” markalı yük maşını ilə “VAZ-2107” markalı minik avtomobili toqquşub. Qəzada avtomobillərin sürücüləri – Bakı sakini, 1985-ci il təvəllüdlü Tağıyev Sərxan Hicran oğlu və Neftçala rayonundan 1963-cü il təvəllüdlü Kərimov Əlvan Mikayıl oğlu, həmçinin minik avtomobilində olan […]

1 min read

Bakı-Sumqayıt yolunda ağır qəza – Ölən və yaralanan var

Ötən gecə Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, magistralın Abşeron rayonu Xırdalan şəhərindən keçən hissəsində “Chevrolet” markalı avtomobil yük maşınına çırpılıb. Nəticədə, bir nəfər hadisə yerində ölüb, daha bir nəfər xəsarət alıb. Faktla bağlı araşdırma aparılır. Qəzada yaralanan şəxsin fotoqraf Aysu Hasani olduğu məlum olub.

1 min read

Naxçıvanda maşın aşdı, ölən var

Naxçıvanın Kəngərli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, Naxçıvan-Sədərək magistralının rayonun Xok kəndi ərazisindən keçən hissəsində “Renault Logan” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə, sürücü 1977-ci il təvəllüdlü Əsgərov Sadiq Fərrux oğlu hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Adamiya baş məşqçi təyin edildi

Gürcüstan milli komandasına yeni baş məşqçi təyin olunub. Canlixeber.com xəbər verir ki, məşhur fransalı futbol mütəxəssisi Villi Sanyoldan sonra bu posta Ramaz Svanadze gətirilib. Gürcüstan Futbol Federasiyasının yaydığı məlumata görə, yeni baş məşqçi ilə 2028-ci ilin sonunadək müqavilə imzalanıb. Svanadze buna qədər Gürcüstanın U-21 yığmasının baş məşqçisi olub. U-21-in Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi son […]

1 min read

NTD bir neçə basketbolçu ilə yollarını ayırıb

NTD bir neçə basketbolçusu ilə yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə klubdan məlumat verilib. Paytaxt təmsilçisi Murad Babayev, Deniz Berkoz, Ramazan Qarayev və Hacısaməd Oğuzla vidalaşıb. Budan əlavə, legionerlər Harrison Batler, Cessi Gi, Lakim Makaliley, Langdon Hatton, Tay Kokfild və Zeyn Noulsla müqavilələr yenilənməyib. Azərbaycanın U-20 millisinin basketbolçuları Oğuzxan Quliyev və Mübariz Mirzəyev […]

1 min read

Türkiyə səfirliyi: Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Canlixeber.com xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımında bildirilib. “Şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, onların bizə əmanət etdiyi qardaşlığımızı uca tuturuq. Türkiyə və Azərbaycan olaraq, “Bir millət, iki dövlət” ruhunda çiyin-çiyinə […]

1 min read

İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 27-də Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar. Canlixeber.com xəbər verir ki, dövlətimizin başçısı Zəfər abidəsinin önünə əklil qoyub, şəhidlərin xatirəsini ehtiramla yad edib. Sonra birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini dərin hörmətlə anıb.

1 min read

Tovuzda iki uşağı maşın vurdu

Tovuzda iki məktəblini maşın vurub. Canlixeber.com xəbər verir ki, hadisə Qovlar qəsəbəsində qeydə alınıb. İlkin məlumata əsasən, hadisə nəticəsində 2010-cu il təvəllüdlü X.Ələkbərova və F. Nəsibova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Məktəblilərdən biri Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə, digəri isə Bakı şəhərində yerləşən xəstənalardan birinə yerləşdirilib. Faktla bağlı araşdırma başlanılıb.