1 min read

Tovuzda qazi qətlə yetirilib

Tovuzda bıçaqlanma hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə nəticəsində Nizami Qurbanov ölüb, Ü.Abdullayev isə yaralanıb. Neftçala rayon sakini 1986-cı il təvəllüdlü Nizami Qurbanov aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Digər sakin – 1988-ci il təvəllüdlü Ülvi Abdullayev isə yaralanaraq xəstəxanaya çatdırılıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs Ağdam rayon sakini, 2002-ci il təvəllüdlü Elnur Sadıqov […]

1 min read

Tovuzda avtomobil piyadanı vuraraq öldürüb

Tovuzda avtomobilin vurduğu piyada xəstəxanada ölüb. Canlixeber.com xəbər verir ki, Tovuz rayon sakini, 1980-ci il təvəllüdlü Asif Ələsgərovu rayonun Əyublu kəndində avtomobil vurub. O, ağır halda xəstəxanaya yerləşdirilib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

1 min read

Tovuzda 57 yaşlı qadın dəm qazından boğularaq ölüb

Tovuzda ölümlə nəticələnən dəm qazından zəhərlənmə hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, rayon sakini, 1969-cu il təvəllüdlü Ş.Əmrahova yaşadığı evdə dəm qazından boğularaq ölüb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

1 min read

Tovuzda üzərinə benzin tökülərək yandırılan qadın öldü: Oğlu saxlanıldı

Tovuzda qadın evdə aldığı yanıq xəsarətlərindən ölüb. Canlixeber.com xəbər verir ki, Tovuz rayonu Qovlar şəhərində 22 yaşlı Elyar Hüseynlinin yaşadıqları evdə anası, 45 yaşlı Nüşabə Hüseynovanın üzərinə benzin tökərək yandırdığı iddia edilir. Xəstəxanaya yerləşdirilən qadın orada ölüb. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində E.Hüseynli saxlanılıb.

1 min read

Tovuzda iki uşağı maşın vurdu

Tovuzda iki məktəblini maşın vurub. Canlixeber.com xəbər verir ki, hadisə Qovlar qəsəbəsində qeydə alınıb. İlkin məlumata əsasən, hadisə nəticəsində 2010-cu il təvəllüdlü X.Ələkbərova və F. Nəsibova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Məktəblilərdən biri Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə, digəri isə Bakı şəhərində yerləşən xəstənalardan birinə yerləşdirilib. Faktla bağlı araşdırma başlanılıb.

1 min read

Tovuzda avtomobillə motosiklet toqquşdu: 18 yaşlı sürücü xəsarət aldı

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Şəhriyar küçəsində qeydə alınıb. Bildirilib ki, Tovuz rayon sakini Elvin Hüseynovun idarə etdiyi “Ford” markalı avtomobillə Bakı şəhər sakini, 18 yaşlı Tural Şabanovun idarə etdiyi motosiklet toqquşub. Nəticədə motosikletin sürücüsü Tural Şabanov müxtəlif dərəcəli xəsarətlər alıb. O, Təcili Tibbi Yardım briqadası tərəfindən Tovuz […]

1 min read

Tovuzda iki maşın toqquşdu: Dördü qadın olmaqla beş yaralı var

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Rayonun Əhmədabad kəndində minik avtomobillərinin toqquşması nəticəsində beş nəfər xəsarət alıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan beş nəfər (dörd qadın, bir kişi) 25.08.2026-cı il tarixində saat 09:40-da Tovuz […]

1 min read

Tovuzda vəzifəli şəxs vəfat edib

Tovuz Rayon İcra Hakimiyyətinin vəzifəli əməkdaşı vəfat edib. Canlixeber.com xəbər verir ki, icra hakimiyyətinin başçısı aparatının Sosial-İqtisadi və memarlıq-tikinti məsələləri şöbəsi, Memarlıq-tikinti məsələləri sektorunun böyük məsləhətçisi Tariyel Əlixan oğlu Məmmədov vəfat edib. Belə ki, o, üçüncü dərəcəli dövlət qulluqçusu olub.

1 min read

Tovuzda DƏHŞƏT: Yeni qurulmuş ailədə QAN TÖKÜLDÜ

Tovuzda qadın boğaz nahiyəsindən bıçaqlanıb. Canlixeber.com xəbər verir ki, hadisə Qovlar qəsəbəsində qeydə alınıb. 2006-cı il təvəllüdlü Rufanə Nəbiyeva bıçaq xəsarətləri ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin ehtimala görə, 20 yaşlı qadını həyat yoldaşı Nəbi Nəbiyev bıçaqlayıb. Onlar yeni ailə həyatı qurubmuşlar. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma başlanılıb.

1 min read

Səhər saatlarında Tovuzda dəhşətli hadisə: İki meyit tapıldı

Tovuz rayonunda Xatınlı avtomobil yolununun kənarında yerləşən su kanalında tapılan iki kişi meyiti aidiyyəti üzrə təhvil verilib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. “Nazirliyin “112” qaynar telefon xəttinə Tovuz rayonu, Xatınlı kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar […]