Sonuncu xəbərlər
Azərbaycan milliləri Ümumdünya Şahmat Olimpiadasında sonuncu oyunlarını bu gün keçirəcəklər
Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında bu gün sonuncu görüşlərini keçirəcəklər. Canlixeber.com xəbər verir ki, kişilərdən ibarət yığma XI turda Serbiya ilə üz-üzə gələcək. Qadınlar İrandan olan rəqibləri ilə qarşılaşacaq. Kişilərdən ibarət kollektiv 10 turdan sonra 15 xalla 7-ci, qadınlar 13 xalla 23-cü pillədə qərarlaşıb.
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva 27 Sentyabr – Anım Günü ilə əlaqədar bəyanat yayıb. Canlixeber.com bəyanatı təqdim edir: “2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsindən altı il ötür. Həmin gün Azərbaycan xalqının tarixində mühüm dönüş nöqtəsi olmaqla yanaşı, münaqişənin doğurduğu ağır humanitar nəticələrin aradan qaldırılması, insan itkilərinə səbəb olmuş müharibə cinayətlərini törətmiş şəxslərin […]
Azərbaycan XİN 27 sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
Azərbaycan Xarici İşlər Nazirliyi 27 sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb. Canlixeber.com xəbər verir ki, bəyanatda deyilir: “27 sentyabr – Anım Gününün növbəti ildönümündə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiram və minnətdarlıqla yad edirik. 2020-ci ilin sentyabr ayının 27-də başlayan və 44 gün davam edən […]
Ayı TƏHLÜKƏSİ: Rusiyanın ən uzun pilləkəninə giriş qadağan edildi
Rusiyanın Krasnoyarsk şəhərində Torqaşin pilləkəni ayıların hücum təhlükəsi səbəbindən ziyarətçilər üçün bağlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə şəhər meriyası “Telegram” kanalında məlumat yayıb. Rusiyanın ən uzun pilləkəni olan bu tikilinin uzunluğu 1 200 metrdir. O, “Stolbı” qoruğu ilə Torqaşin silsiləsini birləşdirir. “Torqaşin pilləkəni ərazisində ayıların aktivliyi qeydə alınıb. Təhlükəsizliyiniz naminə xahiş edirik, pilləkənlə yuxarı […]
Mehriban Əliyeva 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edib. Canlixeber.com xəbər verir ki, paylaşımda deyilir: “Allah Vətən uğrunda həlak olmuş bütün şəhidlərimizə rəhmət eləsin. Onların nurlu xatirəsi qəlbimizdə daim yaşayacaqdır!”
İlham Əliyevin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. Canlixeber.com paylaşımı təqdim edir:
UEFA Millətlər Liqasında həyəcan davam edir: Avropada səkkiz maraqlı duel
Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinin növbəti qarşılaşmaları keçiriləcək. Canlixeber.com xəbər verir ki, bu oyun günündə səkkiz matç baş tutacaq. A Liqasının II qrupunda Serbiya Niderlandla, Almaniya isə Yunanıstanla qarşılaşacaq. A Liqasının IV qrupunda Danimarka Uelsi qəbul edəcək, Norveç isə Portuqaliya ilə üz-üzə gələcək. B Liqasının III qrupunda Avstriya Kosovo, İsrail isə İrlandiya ilə […]
Millimiz üçün ilk sınaq: Azərbaycan Litva ilə üz-üzə
Azərbaycan milli komandası UEFA Millətlər Liqasında bu mövsüm ilk oyununa çıxır. Canlixeber.com xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi yığma səfərdə Litva millisi ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da Kaunas şəhərindəki “Dariaus və Gireno” stadionunda keçiriləcək. Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununu oktyabrın 1-də Lixtenşteyn yığmasına qarşı keçirəcək. UEFA […]
Vətən müharibəsinin birinci günü: Altı ərazi işğaldan azad edildi
Bu gün Vətən müharibəsinin başlanmasının altıncı ildönümüdür. Bu gün bizi böyük və şanlı qələbəyə aparan tarixdir. Məhz bu tarix Azərbaycanın 30 il ərzində düşmən tapdağı altında olan torpaqlarını işğaldan azad etməsi üçün dönüş nöqtəsi oldu. Cəbhədə törədilən erməni təxribatına layiqli cavab verən Azərbaycan Ordusu erməni hərbi birləşmələrini darmadağın edərək, işğal altında olan ərazilərini mənfur düşməndən […]
Bu gün hava necə olacaq?
Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət […]
