Baş Məşqçi
Türkiyədə 22 yaşlı qadın futbol klubunun baş məşqçisi oldu
Türkiyədə 22 yaşlı qadın futbol klubuna baş məşqçi təyin olunub. Canlixeber.com xəbər verir ki, Türkiyənin “Turqutluspor” futbol klubunda baş məşqçi vəzifəsinə 22 yaşlı Zeynep Mestan təyin olunub. Türkiyə Super Həvəskar Liqasında mübarizə aparan klub yeni mövsüm öncəsi gənc mütəxəssislə müqavilə imzalayıb. Qeyd edək ki, 2004-cü ildə İzmirdə anadan olan Zeynep Mestanın futbolçu karyerası da olub. […]
Azərbaycan millisinin baş məşqçisi ilə yollar ayrıldı
Azərbaycan Basketbol Federasiyası (ABF) qadınlardan ibarət əsas milli komandanın baş məşqçisi Evren Alkaya ilə əməkdaşlığa xitam verib. Oxu.Az xəbər verir ki, bu barədə ABF məlumat yayıb. Federasiyadan bildirilib ki, tərəflər arasında əməkdaşlıq qarşılıqlı razılıq əsasında başa çatıb. Qeyd edək ki, Evren Alkaya 2022-ci ildən Azərbaycan Basketbol Federasiyasında fəaliyyət göstərib. O, bu müddətdə qadınlardan ibarət əsas milli […]
Martin Knejeviç “Gəncə” basketbol klubuna baş məşqçi təyin olunub
“Gəncə” basketbol klubunun yeni baş məşqçisi məlum olub. Canlixeber.com xəbər verir ki, “Sarı-göylər”i ABŞ-dən olan Martin Knejeviç çalışdıracaq. 47 yaşlı mütəxəssislə qarşıdakı mövsümün sonuna kimi müqavilə bağlanıb. Qeyd edək ki, M.Knejeviç 12 illik peşəkar məşqçi karyerasında vətənindən başqa 7 ölkədə işləyib. O, Kanada, Danimarka, Rumıniya, Livan, Vyetnam, Meksika və Çində fəaliyyət göstərib. NBA-də çıxış edən […]
Ramiz Məmmədov “Karvan-Yevlax”ın baş məşqçisi təyin olunub
“Karvan Yevlax” yeni baş məşqçisini açıqlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb. I Liqa klubu Ramiz Məmmədovla anlaşıb. Xatırladaq ki, 57 yaşlı mütəxəssis ötən mövsüm “Mingəçevir”də baş məşqçi postunu tutub.
“Səbail” baş məşqçisi Adil Şükürovla vidalaşıb
“Səbail” futbol komandası baş məşqçisi Adil Şükürovla yollarını ayırıb. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb. Birinci Liqa təmsilçisi mütəxəssisin başa çatan müqaviləsinin müddətini uzatmayıb. Xatırladaq ki, Adil Şükürov ötən ilin noyabrından “Səbail”də işləyib.
“Kəpəz” klubu serbiyalı mütəxəssisə tapşırılır
“Kəpəz” klubunun baş məşqçi postuna gətirəcəyi isim artıq bəlli olub. Canlixeber.com xəbər verir ki, Gəncə təmsilçisi sükanı serbiyalı mütəxəssis Zoran Vasilyeviçə etibar etməyə hazırlaşır və tərəflər rəsmi müqavilənin imzalanmasına çox yaxındırlar. Hazırda Serbiyanın “IMT Belqrad” komandasının çalışdırıcısı olan mütəxəssislə “Kəpəz” rəhbərliyi arasında son günlərdə intensiv danışıqlar prosesi gedir. Məlumata görə, əməkdaşlığın əsas detalları artıq razılaşdırılıb […]
Azər Bağırov “Şamaxı”nın yeni baş məşqçisi oldu
“Şamaxı” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib. Canlixeber.com xəbər verir ki, klub rəhbərliyi aparılan danışıqlardan sonra Azər Bağırov ilə razılıq əldə edib. Tərəflər arasında 3 illik müqavilə imzalanıb. Qeyd edək ki, Azər Bağırov son olaraq “Kəpəz” komandasını çalışdırıb.
Bakı klubu büdcəni azaltdı, məşqçisi getdi
Ötən mövsüm 1-ci Liqadakı mübarizəni turnir cədvəlinin 4-cü pilləsində başa vuran “Baku Sportinq” komandada əsas söz sahibi olan məşqçi Röyal Nəcəfovla vidalaşıb. Canlixeber.com fanat.Az-a istinadla xəbər verir ki, rəhbərlik növbəti “futbol ili” üçün büdcəni azaltmaq qərarına gəlib. Bu səbəbdən Nəcəfov iddiasını itirən kollektivdə qalmamağı uyğun sayaraq postu ilə vidalaşıb. Buzovna təmsilçisinin 2026/2027 mövsümündə çempionluq uğrunda […]
Qurbanov “Qarabağ”la bağlı qərar verdi
Son vaxtlar adı Türkiyə, Rusiya və Avropanın müxtəlif komandaları ilə yanaşı çəkilən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov yeni müqavilə imzalayıb. Canlixeber.com xəbər verir ki, o, Ağdam təmsilçisi ilə 3 illik sözləşməyə imza atıb. Bildirilib ki, yeni anlaşmaya əsasən, Qurbanov 2029-cu ilin yayına qədər “Qarabağ”a rəhbərlik edəcək. Qeyd edək ki, bu barədə ilk məlumatı “Sportinfo.az” yayıb.
Azər Bağırov “Kəpəz”in baş məşqçisi vəzifəsindən ayrılıb
Azər Bağırov Kəpəzin baş məşqçisi vəzifəsindən ayrılıb“Kəpəz” futbol klubunun baş məşqçisi Azər Bağırov vəzifəsindən ayrılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidmətindən bildirilib. Mütəxəssislə başa çatan müqavilə yenilənməyib. Qeyd edək ki, “Kəpəz” Misli Premyer Liqasında 2025/2026 mövsümünü 27 xalla 10-cu pillədə başa vurub.
