Tovuzda iki uşağı maşın vurdu
1 min read

Tovuzda iki uşağı maşın vurdu

Tovuzda iki məktəblini maşın vurub.

Canlixeber.com xəbər verir ki, hadisə Qovlar qəsəbəsində qeydə alınıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində 2010-cu il təvəllüdlü X.Ələkbərova və F. Nəsibova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Məktəblilərdən biri Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə, digəri isə Bakı şəhərində yerləşən xəstənalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.