Ölüm hadisəsi
7-ci sinif şagirdi vəfat edib
7-ci sinif şagirdi Kamran Abıyev vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Qeyd edək ki, Kamran Abıyevin vəfatı məktəb ictimaiyyəti tərəfindən dərin hüznlə qarşılanıb. Bu ağır itki ilə əlaqədar mərhumun ailəsinə, yaxınlarına, sinif yoldaşlarına və müəllimlərinə başsağlığı ifadə olunub.
Bakıda yük maşını piyadanı vurub
Bakıda “KamAz” piyadanı vuraraq öldürüb. Canlixeber.com xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Belə ki, Sahil Abbasov idarə “KamAz” markalı yük maşını ilə yolu keçən piyada Nurlan Əhmədovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
5 övladı olan həmyerlimiz Rusiya-Ukrayna müharibəsində həlak oldu
Rusiya-Ukrayna müharibəsində Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüşən daha bir azərbaycanlı həyatını itirib. Canlixeber.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, Astara rayonunun Siyəkəran kənd sakini Vaqif Qazı oğlu Qəhrəmanov cəbhədə gedən döyüşlər zamanı həlak olub. Bir müddətdir itkin düşmüş şəxs kimi axtarışda olan V. Qəhrəmanovun nəşi tapılıb. Qeyd edək ki, Azərbaycan vətəndaşı olan və Rusiyada muzdlu fəaliyyətlə […]
XİN: Azov dənizində yaralanan Azərbaycan vətəndaşlarının vəziyyəti yaxşıdır
Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu nəticəsində xilas edilmiş Azərbaycan vətəndaşları üçün sənədləşdirmə işlərinin həyata keçirilməsi, onların qayıdış şəhadətnamələri ilə təmin olunması və ölkəyə qayıdışlarının təşkili istiqamətində zəruri tədbirlər görülür. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici işlər Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş […]
Sumqayıtda 59 yaşlı kişi ağacdan yıxılaraq ölüb
Sumqayıtda bədbəxt hadisə baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin “Betonzavod” adlanan ərazisində qeydə alınıb. Belə ki, 59 yaşlı Hilal Həsənov ağacdan tut yığarkən yıxılıb. Ağır xəsarətlər alan şəxs hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Beyləqan sakini sirkə turşusundan zəhərlənib öldü
Beyləqanda sirkə turşusundan zəhərlənmə faktı ölümlə nəticələnib. Canlixeber.com əbər verir ki, hadisə şəhərin Akif Cavadov küçəsində qeydə alınıb. Rayon sakini, 1991-ci il təvəllüdlü Səxavət Zahid oğlu Quliyev sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin göstərdiyi tibbi yardıma baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, S.Quliyev rayonda fəaliyyət göstərən yanacaqdoldurma […]
Aeroport yolunda avtomobil piyadanı vuraraq öldürüb
Bakıda avtomobil piyadanı vuraraq öldürüb. Canlixeber.com xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində, Aeroport yolunda baş verib Elvin Səfərlinin idarə etdiyi “Changan” markalı, 77-XV-884 dövlət qeydiyyat nişanlı avtomobil Heydər Əliyev prospektində hərəkətdə olarkən piyada Mübariz Salmanovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
XİN: Azov dənizində dron hücumu nəticəsində 25 Azərbaycan vətəndaşından 4-ü yaralanıb, 4 nəfər həlak olub
5 iyun tarixində Azov dənizində dron hücumları nəticəsində “Natra” və “Zirkon” yük gəmilərində həlak olmuş və yaralanmış Azərbaycan Respublikası vətəndaşlarının sayı və kimlikləri dəqiqləşdirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb. Qeyd olunub ki, yenilənmiş məlumata əsasən, ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşından 4 nəfər yaralanıb, 4 nəfərin isə həlak olduğu bildirilir. İlkin […]
Tanınmış professor vəfat etdi
Professor Vəli Sultan Murad oğlu Hacı-Qasımov vəfat edib. Canlixeber.com xəbər verir ki, kimyəvi kinetika və kataliz sahəsi üzrə tanınmış alim, kimya elmləri doktoru, 89 yaşında dünyasını dəyişib. Vəli Sultan Murad oğlu Hacı-Qasımov 2 mart 1937-ci il tarixində Bakı şəhərində anadan olub. 1954-cü ildə 6 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakultəsinə daxil olub, […]
Azov dənizində azərbaycanlıların olduğu gəmiyə dron hücumu: Beş soydaşımız HƏLAK OLDU
Bu gün gecə saatlarında Azov dənizinin Taqanroq körfəzində heyətində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşının olduğu “Natra” və “Zirkon” yük gəmilərinə dron hücumları həyata keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, hücum nəticəsində ümumilikdə beş nəfər vətəndaşımızın həlak olduğu, üç nəfərin isə yaralandığı barədə Rusiya tərəfindən müvafiq […]
