Hakim
Azərbaycanda hakimə qarşı hörmətsizlik edən şəxs həbs olundu
Masallı Rayon Məhkəməsinin qadın hakimi Ellara Abbasovanın üzərinə gedərək aqressiv hərəkətlər nümayiş etdirməklə xırda xuliqanlıq əməli törədən şəxs inzibati qaydada həbs olunub. Canlixeber.com xəbər verir ki, hadisə Ellara Abbasovanın sədrliyi ilə keçirilən məhkəmə prosesində sonra baş verib. Belə ki, 1998-ci il təvəllüdlü, Masallı şəhər sakini Murad Əzizov qardaşı İzzət Orucova çıxarılan hökmə görə hakim Ellara […]
Azərbaycanda sabiq məhkəmə sədri vəfat etdi
Vəkillər Kollegiyasının üzvü, sabiq məhkəmə sədri Rafiq Miriyev vəfat edib. Canlixeber.com xəbər verir ki, o, 78 yaşında dünyasını dəyişib. Qeyd edək ki, R.Miriyev 1948-ci ildə anadan olub. 1966-cı ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul olub. Ali məktəbi bitirdikdən sonra 10 ilə yaxın daxili işlər orqanlarında müstəntiq, baş müstəntiq işləyib. R.Miriyev 1981-1987-ci illərdə indiki Xəzər […]
Hansı hallarda bəraət hökmü çıxarılır? – Hakimdən açıqlama
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Murad Aslanov bəraət hökmünün hansı hallarda çıxarıldığını və bu anlayışın şərti məhkumetmədən fərqini izah edib. Canlixeber.com xəbər verir ki, hakim bəraət hökmünün şəxsin təqsirinin sübuta yetirilmədiyi hallarda çıxarıldığını qeyd edib:“Cinayət-Prosessual Məcəlləsinə əsasən, bəraət hökmü aşağıdakı hallarda verilə bilər: M. Aslanov bildirib ki, bu əsaslardan hər hansı biri mövcud olduqda şəxs […]
Hakim olmaq istəyənlər İMTAHAN VERİRLƏR
Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda hakimliyə namizədlər üçün keçirilən növbəti test imtahanında 333 nəfər iştirak edir. Canlı xəbər.com xəbər verir ki, bunu imtahan çərçivəsində jurnalistlərə açıqlamasında Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov bildirib. Onun sözlərinə görə, keyfiyyətli ədalət mühakiməsinin təmin olunması, məhkəmə sisteminə güvənin artırılması məqsədilə hakim korpusunun peşəkar, yüksək bilik və mənəvi keyfiyyətlərə malik […]
Azərbaycanlı hakim beynəlxalq elmi nüfuz göstəricisində ölkə üzrə lider oldu
Nəsimi Rayon Məhkəməsinin hakimi, hüquq üzrə fəlsəfə doktoru Nail Abbasov beynəlxalq elmi qiymətləndirmə sistemlərində istifadə olunan H-indeks göstəricisinə görə, Azərbaycan hüquq alimləri arasında ən yüksək nəticəyə nail olub. Canlixeber.com xəbər verir ki, hazırda Nail Abbasovun H-indeksi 11-dir ki, bu da onun elmi əsərlərinin dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən tədqiqatçılar tərəfindən geniş istifadə edildiyini və həmin […]
Alimpaşa Məmmədovun işinə baxmış hakim VƏZİFƏSİNDƏN AZAD EDİLİR
Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Əliyev vəzifəsindən azad ediləcək. Canlixeber.com xəbər verir ki, bu məsələ Milli Məclisin mayın 26-da keçiriləcək plenar iclasının gündəliyinə salınıb. Qeyd edək ki, Nural Turab oğlu Əliyev 1986-cı ildə Bakıda anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetin Hüquq fakültəsini bitirib. 2009-2016-cı illərdə Ali Məhkəmənin katibi, 2016-2018-ci illərdə Sabunçu Rayon Prokurorluğunda müstəntiq […]
