1 min read

Bakı-Quba yolunda qəza baş verib, bir nəfər ölüb

Bakı-Quba avtomobil yolunun Siyəzən rayonunun Zarat kəndindən keçən hissəsində ölümlə nəticələnən qəza baş verib. Canlixeber.com xəbər verir ki, “Shacman” markalı yük avtomobili ilə AAYDA-ya məxsus “Mitsubishi” toqquşub. Qəza zamanı iş başında olan 1981-ci il təvəllüdlü Nəsib Tahirov iki yük maşınının arasında qalaraq ağır xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Bakı–Quba yolunda avtoqəza olub, ölən var

Bakı-Quba avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Xırdalan şəhəri ərazisində qeydə alınıb. BMW markalı avtomobilin sürücüsünün idarəetmə zamanı halının qəfil pisləşdiyi və ürək tutmasından sükan arxasında həyatını itirdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.