Qobustan
Qobustanda ağır qəza: Ölən var
Bakı-Qazax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və Təcili Tibbi Yardım briqadaları cəlb olunub. İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər həyatını itirib.
Bakıda DƏHŞƏT: Kişi gəlinini narahat edən şəxsin üzərindən avtomobillə keçdi
Bakının Qaradağ rayonunda qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə Qobustan qəsəbəsində qeydə alınıb. İlkin məlumata görə, qəsəbə sakini, 1981-ci il təvəllüdlü Asif Nağıyev idarə etdiyi BMW markalı avtomobillə həmyerlisi, 1983-cü il təvəllüdlü Azər Şahmuradovu qəsdən vurub. Daha sonra o, avtomobillə bir neçə dəfə zərərçəkənin üzərindən keçib. Nəticədə Azər Şahmuradov aldığı xəsarətlərdən hadisə […]
Bakıda yeni körpü tikilir
M-2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Qobustan qəsəbəsi ərazisindən keçən hissədə yerləşən qəzalı körpü sökülərək yeni biraşırımlı körpünün inşasına start verilib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, hazırda ərazidə svayvurma işləri yekunlaşdırılaraq, yeni körpünün dayaqlarının inşası istiqamətində müvafiq işlər görülür. Xatırladaq […]
Qaynar su 33 yaşlı kişini xəstəxanalıq etdi
Qobustan rayonda üstünə qaynar su düşən kişi xəsarət alıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Bədəlli kəndinndə baş verib. Kənd sakini – 33 yaşlı Orxan Yasinovun üzərinə yaşadığı evdə isti su tökülüb. O.Yasinov xəstəxanaya yerləşdirilib.
Qobustanda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı əvvəllər məhkum olunmuş 55 yaşlı Əsəd Musazadə saxlanılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, ondan narkotik vasitə olan heroin, eləcə də qanunsuz olaraq əldə edib saxladığı “Makarov” markalı tapança və patronlar aşkarlanıb. Faktla […]
