Ölüm hadisəsi
Cəlilabadda qadın su quyusuna düşərək ölüb
Cəlilabadda ölüm hadisəsi qeydə alınıb. Canlixeber.com xəbər verir ki, sentyabrın 16-da saat 7 radələrində 1953-cü il təvəllüdlü Məleykə Məmməd qızı Məmmədova yaşadığı Üçtəpə kəndindəki evin həyətində su quyusuna düşərək ölüb. Faktla bağlı araşdırma aparılır.
Zaqatalada kişi meyiti aşkarlandı: Ərazidə ov tüfəngi tapıldı
Zaqatalada güllə yarası almış kişi meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə səhər saatlarında rayonun Danaçı kəndində baş verib. Kənd sakini 77 yaşlı İbrahim Əhməd oğlu Babayevin üzərində odlu silahdan açılan atəş nəticəsində aldığı ağır xəsarətlər olan meyiti yaxınları tərəfindən aşkarlanıb. Hadisə yerindən maddi sübut kimi ov tüfəngi götürülüb. Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma […]
Şəhid xanımı dördüncü mərtəbədən yıxılıb öldü
Yevlax sakini binanın 4 cü mərtəbəsindən yıxılaraq ölüb. Canlixeber.com xəbər verir ki, Kəlbəcər rayon sakini, 1935-ci il təvəllüdlü Qərənfil Məmmədova yaşayış binasının 4-cü mərtəbəsindən yıxılıb. Qadın ağır vəziyyətdə Yevlax Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunublar. Məlumat üçün bildirək ki, vəfat edən qadın […]
Alla Axundova VƏFAT ETDİ
Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvada anadan olub. 1964-cü ildə Maksim Qorki adına Ədəbiyyat İnstitutunu, 1967-ci ildə isə Ali rejissorluq […]
Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada öldü
Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada ölüb. Canlixeber.com xəbər verir ki, sentyabrın 11-də Qəbələ rayonunun Zarağan kəndinin ərazisində Şakir Eyvazov idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolu keçən Aydınqışlaq kənd sakini, 65 yaşlı Heydər İsrafilovu vurub. Xəstəxanaya yerləşdirilən H.İsrafilov dünən orada ölüb. Faktla bağlı araşdırma aparılır.
Bakıda ağır avtoqəza – Ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib. Asəf Asif oğlu Cəlilov “Hyundai Santafe” markalı avtomobillə yolu keçmək istəyən piyada Miryaqub İsfəndiyar oğlu Sadıqovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Sumqayıtda iki avtomobil toqquşub, ölən var
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin Sahil küçəsində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan “Mercedes” və “Kia Sorento” markalı avtomobillər toqquşub. Toqquşma nəticəsində “Mercedes”in sürücüsü, 1959-cu il təvəllüdlü Əliyev Elbrus Xəlil oğlu həyatını itirib. Qəzada “Kia Sorento”da sərnişin kimi olan 2004-cü il təvəllüdlü Həsənli Aysel Vüqar qızı müxtəlif […]
Gədəbəydə güllələnmiş meyit tapıldı
Gədəbəydə güllələnmiş meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə Qaraməmmədli kəndində baş verib. 62 yaşlı Quliyev Azər Əmir oğlunun güllələnmiş meyiti yaşadığı evdə aşkarlanıb. Hadisənin hansı şəraitdə baş verməsi bilinmir. Araşdırma aparılır.
Astarada 74 yaşlı kişi damdan yıxılaraq ölüb
Astara rayonunda ölüm hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə sentyabrın 14-də rayonun Miki kəndində qeydə alınıb. 1952-ci il təvəllüdlü Abid Qüdrət oğlu Şəfəqqətov yaşadığı fərdi yaşayış evinin damında odun sobasının borusunu təmizləyərkən hündürlükdən yıxılıb. O, aldığı xəsarətlər nəticəsində ölüb. Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
Ağdaş rayonunda 38 yaşlı qadın zəhərlənib. Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. 1988-ci il təvəllüdlü N.Səlimova yaşadığı evdə təmizlik işləri görərkən kimyəvi maddədən halı pisləşib. O, təcili xəstəxanaya çatdırılıb. Qadına ilkin yardım göstərilib və evə buraxılıb.
