Ölüm hadisəsi
Şair Əşrəf Veysəlli VƏFAT ETDİ
Şair Əşrəf Veysəlli vəfat edib. Canlixeber.com xəbər verir ki, şair, 88 yaşında dünyasını dəyişib. Ə.Veysəlli Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.
Azərbaycanın ən yaşlı sakini vəfat etdi – 136 il ömür sürdü
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib. Canlixeber.com Report-a istinadla bildirir ki, ölkənin ən yaşlı sakini olan 1890-cı il təvəllüdlü Tamam Əli qızı Əzizova bu gün müalicə aldığı Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ölüb. Əslən Yardımlı rayonundan olan T.Əzizova ailə qurduqdan sonra Lənkərana köçüb, 4 övladı olub.
Siyəzəndə qadın sürücü QƏZA TÖRƏTDİ: Azyaşlı övladı öldü
Siyəzəndə yüksək sürətlə idarə olunan avtomobil idarəetmədən çıxaraq aşıb. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) açıqlama yayıb. Bildirilib ki, hadisə səbəbindən qadın sürücünün avtomobildə olan azyaşlı övladı həyatını itirib. Qeyd olunub ki, Bərdədə isə avtomobili sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə edən şəxsin törətdiyi qəzada onun həyat yoldaşı dünyasını […]
Bakıda tanınmış həkim VƏFAT ETDİ
Bakıda tanınmış baş həkim vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Belə ki, tanınmış stomatoloji klinikalardan birinin baş həkimi kimi fəaliyyət göstərən Vaqif Səmədov vəfat edib.
Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Canlixeber.com “Teleqraf”a istinadla xəbər verir ki, hadisə gecə saat 03:00 radələrində Lənkəran-Boradigah- Masallı magistral yolunun Lənkəran rayonunun Girdəni kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 2004-cü il təvəllüdlü Elsevər Məhərrəmovun idarə etdiyi “Mercedes” markalı avtomobil yolu keçmək istəyən 1975-ci il təvəllüdlü Əliyar Qulamovu vurub. Müxtəlif dərəcəli bədən […]
Ağdaşda maşın ağaca çırpılıb, 1 nəfər ölüb
Ağdaş rayonu ərazisində Əlirza Lətifovun idarə etdiyi “VAZ-2106” markalı ağaca çırpılıb. Canlixeber.com xəbər verir ki, qəza nəticəsində nəqliyyat vasitəsində olan sərnişin – 37 yaşlı Elgün Həsənov hadisə yerində ölüb, digər sərnişin – 41 yaşlı Ramil Həsənov xəsarət alıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Azərbaycanda keçmiş deputat VƏFAT ETD
Zərdab Peşə Liseyinin keçmiş direktoru və sabiq millət vəkili Əlihüseyn Əliyev vəfat edib. Canlixeber.com xəbər verir k, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilib ki, onun 76 yaşı var idi. Əlihüseyn Əliyev 1991-ci ilə qədər rayon partiya komitəsində təlimatçı, siyasi maarif kabinetinin müdiri və ideoloji şöbənin rəhbəri kimi fəaliyyət göstərib. O, iki çağırış üzrə Zərdab […]
Bakıda dəmir yoluna çıxan kişini qatar vurub
Bakıda dəmir yoluna çıxan kişini qatar vurub. Canlixeber.com xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib. Hadisə nəticəsində Anar Quliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü
Sumqayıtda avtobusda ölüm hadisəsi qeydə alınıb. Canlixeber.com “Teleqraf”a istinadla xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində baş verib. Məlumata görə, 1951-ci il təvəllüdlü Əliyev Əlişir Əşir oğlu “10 V” nömrəli marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusunda olarkən səhhətində qəfil problem yaranıb. Sərnişinlərin və sürücünün diqqətindən yayınmayan hadisə zamanı dərhal […]
5 yaşlı uşaq su anbarında boğuldu
Cəlilabadda bədbəxt hadisə nəticəsində azyaşlı ölüb. Canlixeber.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində baş verib. Kənd sakini, 5 yaşlı Onur Amil oğlu Zamanov su anbarına düşərək boğulub. Azyaşlının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
