1 min read

Azovda gəmilərə hücum zamanı həlak olan 4 Azərbaycan vətəndaşının cənazəsi yaxın günlərdə ölkəyə gətiriləcək

Azov dənizində iyunun 5-i gecə saatlarında iki xarici yük gəmisinin vurulması nəticəsində həlak olan 4 Azərbaycan vətəndaşının cənazəsi yaxın günlərdə ölkəyə gətiriləcək. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib. Qeyd olunub ki, axtarış-xilasetmə tədbirləri nəticəsində 1969-cu il təvəllüdlü Qismət Əliyev və 1981-ci il təvəllüdlü Fuad Orucovun nəşləri tapılıb. “Müvafiq […]

1 min read

Ağcabədidə 60 yaşlı kimyəvi məhluldan zəhərlənərək ölüb

Ağcabədidə 60 yaşlı kimyəvi məhluldan zəhərlənərək ölüb. “Report” xəbər verir ki, iyunun 8-i saat 10 radələrində Ağcabədi şəhər sakini ruhi xəstə 1966-cı il təv. Sərxan Savalan oğlu Şirinov kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib və orada ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

1 min read

Yevlaxda 91 yaşlı qadın yanaraq ölüb

Yevlaxda 91 yaşlı qadın yanaraq ölüb. Canlixeber.com xəbər verir ki, 1935-ci il təvəllüdlü, Xaldan qəsəbəsində tək yaşayan Əhmədova Zümrüd Sabit qızı yaşadığı evin həyətyanı sahəsində su qızdırmaq üçün ocaq yandıran zaman üzərində olan geyimlərinin yanması nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Ahıl qadın xəstəxanaya yerləşdirilsə də, orada ölüb. Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.

1 min read

Bərdədə qəza olub, ölən və yaralananlar var

Bərdədə yol-nəqliyyat hadisəsi bir nəfərin ölümünə səbəb olub. Canlixeber.com xəbər verir ki, hadisə Borsunlu-Hindarx yolunun Bərdə rayon Soğanverdilər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “Toyota Prius” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında maneəyə çırpılıb. Hadisə nəticəsində Ağdam rayon sakini Orxan Əliyev hadisə yerində ölüb. Hadisə nəticəsində yaralananların da olduğu bildirilir. […]

1 min read

Goranboyda ağır qəzada iki nəfər öldü

Goranboy rayonunda ağır yol qəzası baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. “VAZ 2107” markalı avtomobillə “VAZ 2106” markalı maşınların toqquşması nəticəsində iki nəfər ölüb təxminən 6 nəfər yaralanıb. Yaralılar yaxınlıqda yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Hadisənin səbəbləri araşdırılır.

1 min read

Ruslan Quliyev vəfat etdi

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti, “Milenium Konqres Turizm” şirkətinin rəhbəri, turizm mütəxəssisi Ruslan Quliyev vəfat edib. Canlixeber.com Sfera.az-a istinadən xəbər verir ki, onun səhhətində qəfil pisləşmə qeydə alınıb və o, tibbi yardım üçün xəstəxanaya aparılıb. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ölüm səbəbi ilə bağlı dəqiq məlumat hələlik […]

1 min read

Abşeronda qadın faciəli şəkildə öldü

Abşeron rayonunda qadın bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qobu qəsəbəsində baş verib. Qəsəbə sakini 1984-cü il təvəllüdlü Könül Nüsrət qızı Qurbanovanı yaşadığı evin həyətində iş görərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Bakıda 13 yaşlı oğlan və atası dəm qazından ölüb

Bakıda ata və oğul dəm qazından boğulub. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 7-də Nəsimi rayonu 20 Yanvar küçəsində mənzildə baş verib. İlkin məlumata görə, 13 yaşlı K. Abıyev və atası Ə. Abıyevin meyiti tapılıb. Onların hamamda dəm qazından boğularaq öldükləri bildirilir. Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır. Məlumata görə, K. Abıyev Nəsimi rayonundakı […]