Oğuza istirahətə gedən 49 yaşlı kişi öldü
1 min read

Oğuza istirahətə gedən 49 yaşlı kişi öldü

Oğuz rayonunda ölüm hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə iyulun 5-i axşam saatlarında rayonun Xaçmaz kəndi ərazisindəki mənzillərdən birində qeydə alınıb.

1977-ci il təvəllüdlü Əziz Şahvələnd oğlu Qəhrəmanov istirahət etmək üçün həmin kənddə ev kirayələyib. O, evdə olarkən qəfil halı pisləşib və ölüb. Məlumata görə, Ə.Qəhrəmanov infarkt keçirib.

Faktla bağlı araşdırma aparılır.