Xəbər lenti
Sonuncu xəbərlər
İlham Əliyevdən bəzi hakimlərlə bağlı SƏRƏNCAM
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin olunublar. Canlixeber.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq, aşağıdakı hakimlər birinci instansiya məhkəmələrinin hakimləri təyin ediliblər: Ağır cinayətlər məhkəmələri üzrə: Bakı Ağır Cinayətlər Məhkəməsi Muradov Pərviz Namiq oğlu Gəncə […]
Gəncədə yaşayış evində meyit aşkarlanıb
Gəncədə 40 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb. Canlixeber.com xəbər verir ki, hadisə şəhərin İnşaatçılar küçəsində qeydə alınıb. Belə ki, sözügedən küçədə yaşayan 1986-cı il təvəllüdlü R. Novruzovun meyiti evindən tapılıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. Kişinin ölüm səbəbi hələlik məlum deyil. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Tramp: “Putin Ermənistan-Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi”
“Azərbaycan və Ermənistan arasında 32 il davam edən münaqişəni 2 günə həll etdim”. Canlixeber.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu-York ştatının Sirakyus şəhərində öz tərəfdarları qarşısında çıxışı zamanı bildirib. “Prezident Putin buna inana bilmirdi. O mənə dedi ki, 10 il ərzində bu münaqişəni həll etməyə çalışıb, amma buna nail ola bilməyib. Mən […]
Laçın sakini Ağcabədidə boğulub ölüb
Ağcabədidə balıq tutmağa gedən Laçın sakini göldə boğularaq həyatını itirib. Canlixeber.com xəbər verir ki, hadisə Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən göldə baş verib. Belə ki, Laçın rayonunun Fingə kənd sakini 1974-cü il təvəllüdlü Rafiq Əliyev balıq tutarkən suda boğulub. Onun meyiti ərazidən keçən sakinlər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma […]
Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı
Naxçıvanda kafedə dava olub. Canlixeber.com xəbər verir ki, hadisə Naxçıvan şəhəri, Əziz Əliyev küçəsindəki Əyləncə adasında yerləşən məşhur kafenin ikinci mərtəbəsində baş verib. Şəhər sakini Kənan Ağayev (soyadı şərtidir – red.) idmandan sonra dostları ilə kafeyə pivə içməyə gedib. Onlar kafedə əyləşərək, pivə sifariş veriblər. Kafedə barmen işləyən Rəşid Məmmədov (soyadı şərtidir – red.) pivələri […]
Misli Premyer Liqası: “Zirə” “Şamaxı” ilə, “Sumqayıt” isə “Qəbələ” ilə qarşılaşacaq
Misli Premyer Liqasında VII turun oyunları sabah davam edəcək. Canlixeber.com xəbər verir ki, turun ikinci oyun günündə iki qarşılaşma keçiriləcək. Əvvəlcə “Zirə” doğma meydanda “Şamaxı”nı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 17:00-da başlayacaq. Günün digər matçında isə “Sumqayıt” “Qəbələ” ilə qarşılaşacaq. “SOCAR Polymer Arena”da baş tutacaq oyun saat 19:30-da start götürəcək. Misli […]
Bu gün hava necə olacaq?
Oktyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensiv və güclü olacağı, şimşək çaxacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 19-21° isti […]
Abşeronda yanğın baş verib
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Canlixeber.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olan kimi əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində onmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzildə […]
BOKT-dən kredit götürənlər üçün şad xəbər
Bank olmayan kredit təşkilatlarında (BOKT) kredit risklərinin idarə edilməsi ilə bağlı yeni qaydalar sabahdan qüvvəyə minəcək. Canlixeber.com xəbər verir ki, kredit üzrə edilməli olan bütün ödənişlərin ümumi məbləği əsas borcun 100 faizindən çox olmamalıdır. Yəni 1 000 manat əsas borc varsa, həmin kredit üzrə ödəniləcək bütün məbləğ 2 000 manatdan çox ola bilməz. Bu tələbə […]
İlham Əliyevin Türkmənistan səfəri başa çatdı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb. Canlixeber.com bununla bağlı AZƏRTAC-a istinadən xəbər verir.
