1 min read

Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb

Oktyabrın 30-da Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Kaxeti bölgəsinin Siqnaxi şəhərində keçirilmiş 11-ci iclası çərçivəsində ikitərəfli sənədlərin imzalanması mərasimi keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və Gürcüstanın maliyyə nazirinin müavini, Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin rəhbəri […]

1 min read

Qazaxıstanın 10 vətəndaşı Azərbaycanda ali təhsil alacaq

Qazaxıstanın 10 vətəndaşı 2026–2027-ci tədris ilində Azərbaycan universitetlərində oxuyacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, bu, iki ölkənin Elm və Təhsil nazirlikləri arasında elm və ali təhsil sahəsində əməkdaşlığa dair imzalanmış sazişə əsasən Hökumətlərarası Təqaüd Proqramı (HTP) əsasında baş tutacaq. Vurğulanıb ki, həmin tələbələr […]

1 min read

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub. Canlixeber.com xəbər verir ki, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi nəzdində ADA Universiteti ilə Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu […]

1 min read

Tramp: “Putin Ermənistan-Azərbaycan münaqişəsini həll etdiyimə inana bilmirdi”

“Azərbaycan və Ermənistan arasında 32 il davam edən münaqişəni 2 günə həll etdim”. Canlixeber.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu-York ştatının Sirakyus şəhərində öz tərəfdarları qarşısında çıxışı zamanı bildirib. “Prezident Putin buna inana bilmirdi. O mənə dedi ki, 10 il ərzində bu münaqişəni həll etməyə çalışıb, amma buna nail ola bilməyib. Mən […]

1 min read

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranın xarici işlər naziri Seyid Abbas Əraqçi ilə telefonla danışıb. Canlixeber.com xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Seyid Abbas Əraqçinin sosial media hesabında məlumat yayılıb. Bildirilib ki, bu gün səhər saatlarında baş tutan telefon danışığı zamanı Azərbaycan-İran ikitərəfli münasibətlərinin son vəziyyəti və əlaqələrə dair məsələlər müzakirə […]

1 min read

Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı ikinci cinayət işi açıldı

Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərək Zəngəzurda saxlanılan Azərbaycan əsgəri barədə daha bir cinayət işi başladıb. Canlixeber.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Sözügedən iş Ermənistan Respublikası Cinayət Məcəlləsinin 469-cu maddəsinin 1-ci hissəsi (dövlət sərhədini qanunsuz keçmə) və 340-cı maddəsinin 1-ci hissəsinə (odlu silahın qaçaqmalçılığı) əsasən açılıb.

1 min read

Türkiyə Azərbaycan helikopterlərini silahlandıracaq

Türkiyənin “Canik” müdafiə sənayesi şirkəti Azərbaycan Hərbi-Hava Qüvvələrinin Mi-17 helikopterləri üçün yeni silah inteqrasiyası həyata keçirib. Canlixeber.com xəbər verir ki, şirkət 12.7×99 millimetrlik M3 ağır pulemyotunun helikopterlərdə istifadəsi üçün hazırladığı FALCON FLEX 50 sistemi ilə silah-platforma inteqrasiyası imkanlarını genişləndirir. Məlumata görə, Azərbaycan Hərbi-Hava Qüvvələrinin Mi-17 helikopterləri üçün M3 FALCON pulemyotu və hava vasitələri üçün hazırlanmış […]

1 min read

Azərbaycandan Fransaya getmək istəyən əcnəbi həbs edildi

Azərbaycandan Fransaya saxta pasportla getmək istəyən əcnəbi saxlanılıb. Canlixeber.com xəbər verir ki, hadisə Bakı aeroportunda baş verib. Mərakeş Krallığının vətəndaşı Ərraziqi Əl Hüseyn qeyri-qanuni şəkildə Fransaya getmək üçün saxta pasport əldə edib, Türkiyədən Azərbaycana, buradan isə Fransaya yollanmaq qərarına gəlib. O, bir neçə gün Bakıda qaldıqdan sonra Fransaya getmək üçün bilet alıb və yenidən hava […]

2 mins read

Azərbaycan və İran arasında tranzit, energetika və sərhəd infrastrukturu müzakirə olundu

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev ilə İranın yol və şəhərsalma naziri Farzanə Sadeq arasında telefon danışığı baş tutub. Canlixeber.com xəbər verir ki, bu barədə İranın Yol və Şəhərsalma Nazirliyi məlumat yayıb. Müzakirələr zamanı tərəflər ikitərəfli münasibətlərin inkişaf dinamikasını yüksək qiymətləndirərək iqtisadi əlaqələrin, xüsusilə tranzit, energetika və sərhəd infrastrukturu sahələrində əməkdaşlığın genişləndirilməsi yollarını nəzərdən keçiriblər. F.Sadeq […]

1 min read

Azərbaycandan Ermənistana dizel yanacağı ixrac olunacaq

Bu gün Azərbaycandan Ermənistana növbəti dəfə dizel yanacağı ixrac olunacaq. Canlixeber.com xəbər verir ki, 17 çən vaqondan ibarət, çəkisi 989 ton olan dizel yanacağı “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndəriləcək. İndiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın “Aİ-92” və “Aİ-95” benzini ixrac olunub. Rusiyadan Ermənistana isə […]