Ağcabədi
Ağcabədidə 60 yaşlı kimyəvi məhluldan zəhərlənərək ölüb
Ağcabədidə 60 yaşlı kimyəvi məhluldan zəhərlənərək ölüb. “Report” xəbər verir ki, iyunun 8-i saat 10 radələrində Ağcabədi şəhər sakini ruhi xəstə 1966-cı il təv. Sərxan Savalan oğlu Şirinov kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib və orada ölüb. Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Ağcabədinin bəzi ərazilərində qaz kəsiləcək
Beş iyun saat 10:00-dan Ağcabədi şəhərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq işlərinin görülməsi il əlaqədardır.
Ağcabədidə qadın meyiti tapılıb
Ağcabədi rayonunda su kanalından qadın meyiti tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalının Təzəkənd kəndi yaxınlığındakı hissəsində qeydə alınıb. Araşdırmalar zamanı suda tapılan meyitin Tərtər rayonunun Köçərli kənd sakini, 1986-cı il təvəllüdlü Əfsanə Məzahir qızı Rüstəmovaya aid olduğu müəyyənləşdirilib. Meyit aidiyyəti dövlət qurumlarının əməkdaşları tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
