Xəbər lenti
Sosial
Sonuncu xəbərlər
Mingəçevirdə avtobus piyadanı vurdu
Mingəçevirdə sərnişin avtobusu piyadanı vurub. Canlixeber.com “Unikal”ay istinadla xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Belə ki, 5 saylı marşurut üzrə hərəkət edən avtobus piyada Tağıyev Elşən Arzuman oğlunu vuraraq ona xəsarət yetirib. Yaralı xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Qurban Qurbanov “Beşiktaş”a gedir? – Klub rəsmisi açıqladı
Son günlər Türkiyə və yerli mətbuatda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun “Beşiktaş”ın baş məşqçi postuna namizədlər arasında yer aldığı iddia edilir. Bir neçə gün öncə Sergen Yalçınla yollarını ayıran İstanbul təmsilçisinin komandanı etibar etmək istədiyi namizədlərdən birinin də məhz “Qarabağ”ın çalışdırıcısı olduğu bildirilir. Canlixeber.com “Teleqraf”ay istinadla xəbər verir ki, hətta iddialara görə, rəhbərlik artıq 54 […]
Sumqayıt şəhərində qanunsuz tikili sökülüb
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri daxilində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. Canlixeber.com xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb .Bu çərçivədə, Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsi tərəfindən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilərək, […]
Azərbaycanda ölüm halları artıb
Bu ilin ilk üç ayı ərzində Azərbaycanda ölüm halları artıb. Canlixeber.com xəbər verir ki, vu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Statistikaya görə, 2026-cı ilin yanvar-mart aylarında ölkədə 15019 ölüm halı qeydə alınıb. Bu isə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,6-dan 5,9-a qədər artıb.
Azərbaycan əhalisinin sayı açıqlanıb
Aprel ayının əvvəlinə olan statistikaya əsasən Azərbaycan əhalisinin sayı artıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, ölkə əhalisinin sayı ilin əvvəlindən 5814 nəfər (0,1 faiz) artaraq 2026-cı il aprel ayının 1-i 10268165 nəfərə çatıb. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatına görə, Azərbaycan Respublikası […]
Bakılı dünya çempionu beynəlxalq axtarışa verildi
Müstəntiqlər Harri Kasparovu (Rusiyada xarici agent kimi tanınıb və terrorçular siyahısına daxil edilib) beynəlxalq axtarışa veriblər. O, terrorizmi haqlı çıxarmaq və xarici agentin fəaliyyətini tənzimləyən iki qaydanı pozmaq ittihamı ilə qiyabi olaraq həbs edilib. Canlixeber.com əbər verir ki, bu barədə “TASS” məlumat yayıb. Sənəddə deyilir: “H.K. Kasparov Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsinin 2-ci hissəsi (internetdə […]
Misli Premyer Liqası: “Kəpəz” “Neftçi”yə, “Araz-Naxçıvan” “Zirə”yə qarşı
Bu gün Misli Premyer Liqasında souncu – 33-cü turun növbəti oyunları keçiriləcək. Canlixeber.com xəbər verir ki, günün ilk oyunu Sumqayıtda baş tutacaq. “Kəpəz” komandası çempion “Neftçi” ilə üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək qarşılaşmanın start fiti 15:00-da çalınacaq. 32 turdan sonra “Kəpəz” 27 xalla 10-cu, “Neftçi” klubu isə 56 xalla dördüncü sırada […]
Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Mayın 23- də Azərbaycanın bəzi yollarında görünüş çətinləşəcək. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda müşahidə olunacaq dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Bu gün hava necə olacaq?
Mayın 23-də gözlənilən hava şəraiti açıqlanıb. Canlixeber.cpm xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə […]
DİM Apellyasiya Komissiyası tərəfindən 1394 şagirdin yazı işi ilə bağlı düzəliş edilib
9 mart və 15 mart 2026-cı il tarixlərində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası imtahanlarının nəticələri ilə bağlı təşkil edilən Apellyasiya Komissiyasına ümumilikdə 7487 şagird 19895 yazı işi ilə bağlı qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, […]
