Laos
Əli Əsədov Laos prezidenti ilə görüşüb
Oktyabrın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə rəsmi səfərdə olan Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ilə görüşüb. Canlixeber.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Bildirilib ki, görüşdə Laos prezidentinin Azərbaycana səfərinin ikitərəfli münasibətlər tarixində ilk yüksək səviyyəli səfər kimi xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Prezident İlham Əliyev ilə keçirilmiş […]
Laos prezidenti “ASAN xidmət”də olub
Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit ölkəmizə səfəri çərçivəsində “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub. Canlixeber.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat […]
Laos prezidenti Zəfər parkını ziyarət edib
Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit oktyabrın 13-də Bakıda Zəfər parkını ziyarət edib. Canlixeber.com xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Laos prezidenti parkdakı Zəfər abidəsinin önünə əklil qoyub. Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi […]
Thonqlun Sisulit: “Azərbaycanın inkişafının şahidi oluram”
“Mən Bakıda 44 il əvvəl olmuşam və yenidən bu gün Bakıdayam. Bakının sürətli inkişafını və Azərbaycanın bir ölkə kimi inkişafının şahidi oluram”. Canlixeber.com xəbər verir ki, bu sözləri Laos Prezidenti Thonqlun Sisulit Prezident İlham Əliyevlə mətbuata bəyanatında söyləyib. Azərbaycanda hər şeyin yeni olduğunu deyən Thonqlun Sisulit bildirib: “44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə […]
Laos prezidenti: “Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar”
“Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları tərəfindən Laosa daha çox investisiya yatırılacaq”. Canlixeber.com xəbər verir ki, bu sözləri Laos Prezidenti Thonqlun Sisulit Prezident İlham Əliyevlə mətbuata bəyanatında deyib. O deyib ki, daha çox ticarət olacaq, daha çox turistlər səfər edəcək və mədəniyyət sahəsində mübadilələr həyata keçiriləcək.
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub
Oktyabrın 13-də Bakıda Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin rəsmi qarşılanma mərasimi olub. Canlixeber.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Laos prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev Laos Prezidenti Thonqlun Sisuliti qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Laos prezidentinə raport verib. Laos Xalq Demokratik Respublikasının və Azərbaycan […]
