“Roma” – “Real” oyunu azərbaycanlıya tapşırıldı
FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının Liqa mərhələsində keçiriləcək “Roma” (İtaliya) – “Real” (İspaniya) oyununun baş hakimi olacaq.
Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası məlumat yayıb.
Roma – Real oyunu azərbaycanlıya tapşırıldı – Foto
Bildirilib ki, ona Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını italiyalı Davide Di Marko yerinə yetirəcək.
Qeyd edək ki, görüş oktyabrın 14-də, Bakı vaxtı ilə saat 16:00-da Romadakı “Stadio Tre Fontane”də start götürəcək.
