Xəbər lenti
Sonuncu xəbərlər
Nizami rayonunda 30 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb
Nizami rayonunda 30 kiloqrama yaxın narkotik vasitə dövriyyədən çıxarılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Tədbir zamanı paytaxt ərazisində narkokuryerliklə məşğul olmaqda şübhəli bilinən 45 yaşlı Teymur Bağırovdan 30 kiloqrama yaxın narkotik […]
Azərbaycanda ən çox ziyarət edilən şəhərlər bəlli oldu
“Qəbələ və Şəki şəhərləri Azərbaycana səfər edən turistlər üçün Bakıdan sonra ən populyar istiqamətlərdir”. Canlixeber.com xəbər verir ki, bu barədə TASS agentliyinə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATGA) İdarə Heyətinin sədri Tural Musayev məlumat verib. T.Musayevin sözlərinə görə, bunun əsas səbəblərindən biri həmin şəhərlərdə nəqliyyat imkanlarının əlçatan olması və turizm infrastrukturunun – hotellərin, ictimai iaşə obyektlərinin, […]
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslər ləğv olundu
Naxçıvanda hökm sürən əlverişsiz hava şəraitinin davam etməsi səbəbi ilə Azərbaycan Hava Yollarının (AZAL) 14 iyun 2026-cı il tarixi üçün planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reysləri ləğv olunub. Canlixeber.com xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Bildirilib ki, hava şəraiti sabitləşdikdən sonra reyslərin icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar.
Azərbaycanın 3×3 basketbol milliləri Priştinada yarımfinal matçına çıxır
Azərbaycanın həm kişi, həm də qadınlardan ibarət 3×3 basketbol milliləri Kosovonun paytaxtı Priştinada təşkil olunan Avropa kubokunun seçmə mərhələsində bu gün yarımfinal oyununa çıxacaqlar. Canlixeber.com xəbər verir ki, qadınlardan ibarət yığma Kosovo ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə 18:00-da start götürəcək. Kişilərdən ibarət komanda isə Kiprlə qarşılaşacaq. Bu görüşə saat 19:00-da start veriləcək. Qeyd […]
Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi məhdudlaşacaq
Ölkənin avtomobil yollarında sabaha olan vəziyyət açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, iyunun 14-də əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
Bakıda dəhşətli hadisə: Keçmiş həyat yoldaşı və qayınanasını öldürdü
Şəki sakini keçmiş həyat yoldaşını və qayınanasını qətlə yetirib. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 14-də gecə saatlarında Bakı şəhərinin Ramana qəsəbəsində baş verib. Belə ki, Şəkinin Cəfərabad kənd sakini, 1991-ci il təvəllüdlü Vüsal Lütfəliyev keçmiş həyat yoldaşı Xəyaləni və onun anası İradə adlı qadını qətlə yetirib. Hadisədən sonra V.Lütfəliyev özünü öldürüb. Məlumata görə, Xəyalə […]
Qan donoru olmaq üçün hansı şərtlər vacibdir? – Nazirlik rəsmisi AÇIQLADI
“Qan donoru olmaq üçün insanın sağlam olması və müəyyən tibbi tələblərə cavab verməsi vacibdir”. Canlixeber.com xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Respublika Qan Bankının icraçı direktorunun müavini Afət Zeynalova nazirliyə müsahibəsi zamanı deyib Həmin müsahibəni təqdim edirik: – Afət xanım, Ümumdünya Qan Donoru Gününün təsis edilməsində əsas məqsəd nədir və qan donorlarının fədakarlığını necə qiymətləndirərdiniz? […]
Şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA
İyunun 14-ü saat 10:00-a olan faktiki hava açıqlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyunun 14-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, arabir yağış yağır. Ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir. Düşən yağıntının miqdarı Şahbuzda 15, Qaxda […]
DÇ-2026: Türkiyə yığması Avstraliyaya məğlub oldu
Futbol üzrə dünya çempionatının D qrupunun Avstraliya – Türkiyə qarşılaşması başa çatıb. Canlixeber.com xəbər verir ki, Türkiyə yığması rəqibinə 2:0 hesabı ilə məğlub olub.
Azərbaycan millisi Avropa Liqasında İspaniya ilə qarşılaşacaq
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa Liqasının İspaniyanın Alikante şəhərində təşkil olunan mərhələsində növbəti matçına bu gün çıxacaq. Canlixeber.com xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu kollektiv İspaniya ilə üz-üzə gələcək. Qarşılaşma 20:00-da start götürəcək. Qeyd edək ki, komanda ötən gün baş tutan matçda Şimali Makedoniyanı 3:0 hesabı ilə məğlub edib.
