Şəki
Şəkidə dörd nəfəri çaqqal dişləyib
Şəki şəhərində dörd nəfər çaqqal hücumuna məruz qalıb. Canlixeber.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə prospektində baş verib. 71 yaşlı Oktay Əliyev, 71 yaşlı Töhvə Məmmədova, 61 yaşlı Reyhanə Muxtarova və 36 yaşlı Sənan Əmirlini küçədə çaqqal dişləyib. Xəsarət alan şəxslər Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda onların müalicəsi xəstəxanada davam […]
Şəkidə “Zipline” əyləncəsindən istifadə edən iki şəxsin həlak olması ilə bağlı cinayət işi başlandı
Şəkidə “Zipline” əyləncəsindən istifadə edən iki şəxsin həlak olması ilə bağlı cinayət işi başlanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Məlumata görə, sentyabrın 8-də Şəki rayonu, Baş Küngüt kəndi ərazisində yerləşən “Şəki yaylası” istirahət mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq həlak olması barədə Şəki rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı […]
Şəkidə hoteldə yanğın: Təxliyə olunanlar var
Şəkidə hoteldə yanğın olub, beş nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Canlixeber.com xəbər verir ki, avqustun 31-i axşam saat 23 radələrində Şəki şəhəri, M.Şəhriyar küçəsində Telman Tofiq oğlu Məcidova məxsus ikimərtəbəli hoteldə yanğın baş verib. Yanğın nəticəsində hotelin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 15 kvadratmetr sahədə yanıb. Yanğın zamanı tüstülənmiş otaqlardan 5 nəfər yanğınsöndürənlər tərəfindən […]
Körpüdən yıxılan müəllim öldü
Şəki müəllim faciəli şəkildə ölüb. Canlixeber.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qoxmuq körpüsündə baş verib. 46 yaşlı Şəki şəhər sakini Məmməd İslamov körpüdən yıxılaraq ölüb. Dördpendirli pizza O, coğrafiya müəllimi olub.
Şəkidə həyətyanı sahədə yanğın olub
Şəkidə həyətyanı sahəyə yığılmış 2500 ədəd quru ot bağlaması olan ot tayası yanıb. Canlixeber.com xəbər verir ki, hadisə Şəkinin Baş Zəyzid kəndində, kənd sakini Rafael Balanmədovun yaşadığı evin həyətyanı sahəsində baş verib. Belə ki, həyətyanı sahəyə yığılmış 2500 ədəd quru ot bağlaması və ümumi kütləsi 50 ton olan ot tayasında yanğın baş verib. Yanğının söndürülməsi […]
Şəkidə yüksək gərginlikli elektrik cərəyanının vurduğu kişi yanaraq ölüb
Şəkidə yüksək gərginlikli elektrik cərəyanının vurduğu kişi yanaraq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə Şəki şəhəri Salman Mümtaz küçəsində baş verib. Hələki şəxsiyyəti dəqiqləşdirilməyən orta yaşlı kişi ərazidə olan elektrik transformatoruna müdaxilə edib. Bu zaman yüksək gərginlikli elektrik cərəyanı kişini vurub və o, yanaraq ölüb. Hazırda ölən şəxsin kimliyi və onun transformatora hansı cəbəbdən müdaxilə […]
Şəkidə 30 yaşlı kişini ilan sancıb: Vəziyyəti ağırdır
Şəkidə rayonunun Şəki kənd sakinini ilan sancıb. Canlixeber.com xəbər verir ki, hadisə axşam saatlarında baş verib. Belə ki, kənd sakini Şirzad Qurbanoviç Süleymanov öz həyətində təsərrüfat işləri görən zaman onu ilan sancıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, Şəki rayonunda ilan sancması səbəbi ilə 1996-cı il təvəllüdlü […]
Şəkidə avtomobil iki piyadanı vurub, onlardan biri ölüb
İyulun 25-də saat 22 radələrində Fərhad Qürbətli idarə etdiyi “Mercedes” markalı avtomobillə Şəki rayonunun Baş Göynük kəndi ərazisində hərəkətdə olarkən piyadalar; 24 yaşlı Mahir Teyibov və 28 yaşlı Şahin Tahirovu vurub. Canlixeber.com xəbər verir ki, nəticədə M. Teyibov aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər piyada isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Şəkidə 23 hektar biçilmiş taxıl sahəsi yanıb
Şəkidə açıq ərazidə yanğın baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Şorsu kəndində kənd bələdiyyəsinə məxsus biçilmiş taxıl sahəsində qeydə alınıb. Yanğın nəticəsində 23 hektar biçilmiş taxıl sahəsi yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
Güclü yağış Şəkinin bir kəndində ciddi fəsadlar törətdi
Gecə saatlarında yağan güclü yağış nəticəsində Şəkinin Cunud kəndinin şəhər və ətraf kəndlərlə əlaqəsi yenidən kəsilib. Canlixeber.com xəbər verir ki, kənd ərazisindən axan çayda suyun səviyyəsinin artması çay üzərində olan keçidi dağıdıb. Nəticədə kənd sakinlərinin gediş-gəlişində ciddi çətinliklər yaranıb. Hazırda kənddə elektrik enerjisinin verilişində də fasilələrin olduğu qeyd edilir.
