Qəbələ
Qəbələdə iki avtomobil toqquşdu
Qəbələ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, qəza nəticəsində nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Qəza nəticəsində ölən və ya xəsarət alanların olub-olmadığı barədə hələlik məlumat yoxdur. Faktla bağlı araşdırma aparılır.
Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb
Qəbələdə avtomobil piyadanı vuraraq öldürüb. Canlixeber.com xəbər verir ki, Murad Haqverdi oğlu Mirəzizovun idarə etdiyi “Opel Astra” markalı avtomobil ilə Zarağan kəndi ərazisində hərəkətdə olarkən yolu keçən piyada Seyidməmməd İbrahim oğlu Zəkəriyəyevi vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada öldü
Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada ölüb. Canlixeber.com xəbər verir ki, sentyabrın 11-də Qəbələ rayonunun Zarağan kəndinin ərazisində Şakir Eyvazov idarə etdiyi VAZ-2107 markalı avtomobillə yolu keçən Aydınqışlaq kənd sakini, 65 yaşlı Heydər İsrafilovu vurub. Xəstəxanaya yerləşdirilən H.İsrafilov dünən orada ölüb. Faktla bağlı araşdırma aparılır.
Qəbələyə istirahətə gedən qadın hovuzda ölü tapıldı
Qəbələ rayonunda 29 yaşlı qadın hovuzda boğularaq ölüb. Canlixeber.com xəbər verir ki, hadisə ötən gecə rayonun Vəndam qəsəbəsində qeydə alınıb. İmişli rayon sakini – 1997-ci il təvəllüdlü Lamiyə Əhmədli istirahət üçün kirayələdiyi evin həyətindəki hovuzda çimərkən boğulub. Faktla bağlı Qəbələ rayon Prokurorluğunda araşdırma başlanılıb.
Qəbələdə 71 yaşlı qadını vurub öldürən sürücüyə hökm oxundu
Qəbələ Rayon Məhkəməsində 71 yaşlı piyadanın ölümündə təqsirləndirilən sürücü Hamlet Yolçuyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Canlixeber.com xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə H.Yolçuyev 4 il azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. İttihama görə, hadisə martın 23-də Qəbələ şəhəri ərazisində baş verib. Şəhər sakini […]
Qəbələdə obyektdə yanğın olub
Qəbələ şəhərində obyektin ərazisində açıq sahədə yanğın baş verib. Canlixeber.com xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu haqda Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olib. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa […]
Qəbələdəki Kilsədağ kompleksində 10-dan artıq bürc yeri aşkarlanıb
Qəbələ rayonu ərazisində yerləşən Kilsədağ məbədlər kompleksində 10-dan artıq bürc yeri aşkar edilib. Canlixeber.com xəbər verir ki, bu barədə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu məlumat yayıb. Bildirilib ki, 2025-ci ildə “Kilsədağ məbədlər kompleksi” ətrafında formalaşan Akropolda aparılan arxeoloji tədqiqatlar nəticəsində ərazinin müdafiə divarları ilə yanaşı, strateji yerdə inşa edilən iki bürcün bünövrə yerləri öyrənilmişdir. 2026-cı […]
Qəbələdə 4 tondan artıq çətənə kolu məhv edilib
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Bayramkoxa kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Ümumi çəkisi 4 ton 600 kiloqram olan 9100 ədəd çətənə kolu məhv edilib.
Qəbələdə ev yanıb – Yaralanan var
Qəbələ rayonunun Mirzəbəyli kəndində ev yanıb. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, ümumi sahəsi 150 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Azərbaycanda ən çox ziyarət edilən şəhərlər bəlli oldu
“Qəbələ və Şəki şəhərləri Azərbaycana səfər edən turistlər üçün Bakıdan sonra ən populyar istiqamətlərdir”. Canlixeber.com xəbər verir ki, bu barədə TASS agentliyinə Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının (ATGA) İdarə Heyətinin sədri Tural Musayev məlumat verib. T.Musayevin sözlərinə görə, bunun əsas səbəblərindən biri həmin şəhərlərdə nəqliyyat imkanlarının əlçatan olması və turizm infrastrukturunun – hotellərin, ictimai iaşə obyektlərinin, […]
