Avropa liqası
“Qarabağ” ÇSKA ilə cavab oyununun biletləri satışa çıxarılır
UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ÇSKA (Sofiya, Bolqarıstan) – “Qarabağ” cavab oyunu üçün biletlər bu gün saat 17:00-dan etibarən satışa çıxarılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, biletləri iTicket.az vasitəsilə onlayn şəkildə almaq mümkün olacaq. Bir biletin qiyməti 28 AZN təşkil edir. Sofiyadakı “Vasil Levski” arenasında […]
UEFA Avropa Liqası: ÇSKA “Qarabağ”la cavab matçının biletlərini satışa çıxarıb
Bolqarıstanın ÇSKA klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Qarabağ”a qarşı keçirəcəyi cavab matçının biletlərini bu gün satışa çıxarıb. Canlixeber.com xəbər verir ki, bu barədə Sofiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, azarkeşlər qarşılaşmanın biletlərini onlayn, oyunun keçiriləcəyi “Vasil Levski” stadionunun kassalarından və klubun rəsmi mağazasından əldə edə bilərlər. Biletlərin qiyməti sektorlardan asılı olaraq […]
“Qarabağ”ın biletləri bu gün satışa çıxarılır
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” -“CSKA Sofia” qarşılaşmasının biletləri bu gün satışa çıxarılacaq. Canlixeber.com xəbər verir ki, saat 15:00-dan etibarən biletlərin satışı aktivləşəcək. Qeyd edək ki, oyun 23 iyul Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da start götürəcək.
“Qarabağ”ın Avropa Liqası üçün heyətində dəyişiklik: Üç futbolçu kənarda qaldı
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində mübarizə aparacaq “Qarabağ” klubu İslandiyanın “Vestri” komandasına qarşı keçirəcəyi matçlar ərəfəsində iştirak ərizəsini yeniləyib. Canlixeber.com xəbər verir ki, qitə futbol qurumunun rəsmi portalında dərc olunan son siyahıya əsasən, Ağdam təmsilçisi növbəti sınaq üçün 24 futbolçuya güvənəcək. Yenilənmiş iştirak ərizəsində diqqətçəkən məqamlar var. Komandanın legionerləri Joni Montiel və Jeremi Qnali, […]
“Qarabağ” Avropa Liqasında yeni mövsümə start verir
Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsində təmsilçimiz “Qarabağ” İslandiyanın “Vestri” komandası ilə qarşılaşacaq. Canlixeber.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 20:00-da başlayacaq. Qarşılaşmanı moldovalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Roman Jitari olacaq. Ona Vlad Lifçiu və Vadim Vikol kömək edəcəklər. Andrey Brequta dördüncü hakim funksiyasını yerinə […]
Azərbaycan millisi Avropa Liqasında İspaniya ilə qarşılaşacaq
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa Liqasının İspaniyanın Alikante şəhərində təşkil olunan mərhələsində növbəti matçına bu gün çıxacaq. Canlixeber.com xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu kollektiv İspaniya ilə üz-üzə gələcək. Qarşılaşma 20:00-da start götürəcək. Qeyd edək ki, komanda ötən gün baş tutan matçda Şimali Makedoniyanı 3:0 hesabı ilə məğlub edib.
Azərbaycanın voleybol milliləri Avropa Liqasında növbəti oyunlarına bu gün çıxacaqlar
Azərbaycanın qadın və kişilərdən ibarət voleybol milliləri Avropa Liqasında növbəti oyunlarını bu gün keçirəcəklər. Canlixeber.com xəbər verir ki, qadınlardan ibarət komanda Şimali Makedoniya ilə üz-üzə gələcək. İspaniyada təşkil olunacaq qarşılaşma Bakı vaxtı saat 20:30-da start götürəcək. Azərbaycan millisi 3 xalla 11-ci, hazırda xalı olmayan Şimali Makedoniya 23-cü pillədə qərarlaşıb. Kişilərdən ibarət kollektiv isə İspaniya seçməsi […]
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəyə başlayır
Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında bu gün mübarizəyə start verəcək. Canlixeber.com xəbər verir ki, Boris Qrebennikovun baş məşqçisi olduğu komanda İsveçdə Yunanıstan yığması ilə üz-üzə gələcək. Qarşılaşma Lund şəhərində, saat 18:00-da start götürəcək. Qeyd edək ki, komanda növbəti matçını sabah ev sahibi İsveçə qarşı keçirəcək.
