1 min read

Qubada sel avtomobil yolunu yararsız hala salıb

Quba rayonunda yağan intensiv yağışlar nəticəsində sel Aydınkənd kəndinin infrastrukturuna, eləcə də yaşayış evlərinə və yardımçı tikililərə ziyan vurub. Canlixeber.com xəbər verir ki, sel kəndi rayon mərkəzi ilə birləşdirən avtomobil yolunu yararsız hala salıb, nəqliyyat əlaqəsi kəsilib. Problemlərin aradan qaldırılması üçün tədbirlər görülür.

1 min read

Nərimanov rayonunda 6 kq narkotik vasitə aşkarlanıb

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Tədbir zamanı 27 yaşlı Paşa Bayramov və onunla əlbir olan 46 yaşlı qadın saxlanılıb. Onlardan 6 kiloqramdan artıq narkotik vasitə marixuana və tiryək aşkarlanıb. Araşdırma zamanı saxlanılanların narkotikləri paytaxt ərazisində ayrı-ayrı […]

1 min read

Bayram günlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 15 iyun – Qurtuluş Günü və 26 iyun – Silahlı Qüvvələr Günündə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib. Canlixeber.com xəbər verir ki, bu barədə QSC məlumat yayıb. Vurğulanıb ki, sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY […]

3 mins read

Təbriz küçəsində genişmiqyaslı layihənin icrasına başlanılır

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Təbriz küçəsində piyadaların, ictimai nəqliyyat və mikromobillik istifadəçilərinin rahatlığını təmin edən genişmiqyaslı layihənin icrasına başlanılır. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Bildirilib ki, aparılan təhlillərə əsasən, Təbriz küçəsində piyadaların hərəkətinə mane olan bir […]

1 min read

Abşeronda qadın faciəli şəkildə öldü

Abşeron rayonunda qadın bədbəxt hadisə nəticəsində ölüb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qobu qəsəbəsində baş verib. Qəsəbə sakini 1984-cü il təvəllüdlü Könül Nüsrət qızı Qurbanovanı yaşadığı evin həyətində iş görərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

1 min read

Bakıda 3 yaşlı uşaq 8-ci mərtəbədən yıxılıb

Bakıda azyaşlının ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib. Canlixeber.com xəbər verir ki, iyunun 7-si saat 01 radələrində 2023-cü il təvəllüdlü Məhəmməd Əsgərli yaşadığı Xocalı prospektində yerləşən 16 mərtəbəli binanın 8-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən yıxılıb. O, binanın 2-ci mərtəbəsində olan dam örtüyünün üzərinə düşüb. Azyaşlı dərhal xəstəxanaya çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir. Faktla […]

1 min read

“Qarabağ”ın yetirməsi “Şəfa”da

“Şəfa” 2026/2027 mövsümünün yay transfer pəncərəsində ilk keçidini reallaşdırıb. Canlixeber.com xəbər verir ki, Bakı təmsilçisi Rauf Hüseynlini heyətinə qatıb. 26 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb. Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən futbolçu son olaraq “Kəpəz”in formasını geyinib. Hüseynli ötən mövsüm 28 oyunda meydana çıxıb, 6 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. […]