1 min read

Ağac kəsən kişinin arvadı faciəli şəkildə öldü

Goranboyda bədbəxt hadisə baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qarapirimli kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü L.Ağayeva üzərinə işıq dirəyinin aşması nəticəsində xəsarət alıb. Qadın Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb. Məlumata görə, qadının həyat yoldaşı evin həyətində ağacı kəsən zaman ağac işıq dirəyinin üstünə aşıb. Bu zaman […]

1 min read

Goranboy sakini güllələnərək öldürüldü – Saxlanılan var

Goranboyda güllələnmə hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Bağçakürd kəndində qeydə alınıb. İlkin məlumata görə, psixoloji problemləri olan 31 yaşlı Orxan Həsənov ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Qələndər Muradovu qətlə yetirib. Polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində O.Həsənov saxlanılıb. Hadisə şəxsi münasibətlər zəminində qeydə alınıb.

1 min read

Goranboyda həkim dərmandan zəhərlənib

Goranboyda uşaq həkimi dərmandan zəhərlənib. Canlixeber.com xəbər verir ki,bhadisə Goranboy şəhərində qeydə alınıb. Şəhər sakini, 1962-ci il təvəllüdlü Təranə Adil qızı Hüseynova dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Hazırda vəziyyətinin orta ağır olduğu bildirilir. Qadının hansı şəraitdə dərmandan zəhərləndiyi məlum deyil. Qeyd edək ki, T. Hüseynova Goranboy Rayon Mərkəzi Xəstəxanasında uşaq […]

1 min read

Goranboyda sursat anbarında partlayış olub – Üç qurumdan BİRGƏ MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir. Dərhal Fövqəladə Hallar və Müdafiə nazirliklərinin müvafiq qüvvələri tərəfindən Daxili İşlər Nazirliyi və Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqəli şəkildə zəruri […]

1 min read

Goranboyda 3 avtomobil toqquşub, 2 nəfər ölüb

Goranboy-Naftalan yolunda “Prado”, “Mercedes” və VAZ-2107 markalı avtomobillər toqquşub. Canlixeber.com xəbər verir ki, “Mercedes”, VAZ-2107 və “Prado” markalı avtomobillərin toqquşması nəticəsində “Mercedes” yanıb. Hadisə yerinə FHN əməkdaşları cəlb olunub və yanğın qısa müddətdə söndürülüb. Qəza zamanı 2003-cü il təvəllüdlü X.Ələkbərov və 2004-cü il təvəllüdlü A.İbrahimov ölüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

3 mins read

Hasar mübahisəsinə görə əmisi oğlunu daşla vuran şəxs HƏBS EDİLDİ

Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən İbrahim İbrahimovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Canlixeber.com xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona 4 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. İttihama əsasən, hadisə ötən il Goranboy rayonunun Düzqışlaq kəndində […]

1 min read

Goranboyda yük avtomobili qəza törədib, 1 tona yaxın yanacaq yola tökülüb

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, Türkiyə Respublikası vətəndaşı 1969-cu il təvəllüdlü S.Hakyeməz idarə etdiyi İveco (TIR) markalı yük avtomobili ilə Qazax istiqamətində hərəkətdə olarkən avtomobil idarəetmədən çıxıb. Nəticədə yük avtomobili magistral yolunun dəmir arakəsməsinə dəyib. Qəza zamanı xəsarət alan olmasa da avtomobilə və yol […]

1 min read

Goranboyda evdən 18 yaşlı gənc qızın meyiti tapılıb

Goranboyda evdən meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Sarov kəndində qeydə alınıb. Belə ki, rayon sakini 2008-ci il təvəllüdlü Z. Qurbanovanın meyiti yaşadığı evdə aşkarlanıb. Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Ölümün səbəbləri hələlik məlum deyil. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda […]

1 min read

Goranboyda 33 yaşlı kişi qətlə yetirilib, atası saxlanılıb

Goranboy rayonunda qətl hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, hadisə rayonun mərkəzi küçələrindən birində qeydə alınıb. Goranboy şəhər sakini, 1969-cu il təvəllüdlü Ş.Aslanov münaqişə zəminində yaşadığı evdə oğlu E.Aslanova kəsici alətlə xəsarətlər yetirib. Aldığı xəsarətlərdən E.Aslanov hadisə yerində ölüb. Tədbirlər nəticəsində E. Aslanovu qətlə yetirməkdə şübhəli bilinən 57 yaşlı Şahin Aslanov saxlanılaraq istintaqa təhvil […]

1 min read

Goranboyda evdən yeniyetmənin meyiti tapılıb

Goranboyda evdən meyit tapılıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Düzqışlaq kəndində qeydə alınıb. Belə ki, kənd sakini 2008-ci il təvəllüdlü Ü. Ağayevin meyiti yaşadığı evdə aşkarlanıb. Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Ölümün səbəbləri hələlik məlum deyil. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.