Xəbər lenti
Sosial
Sonuncu xəbərlər
Bakıda 13 yaşlı oğlan və atası dəm qazından ölüb
Bakıda ata və oğul dəm qazından boğulub. Canlixeber.com xəbər verir ki, hadisə iyunun 7-də Nəsimi rayonu 20 Yanvar küçəsində mənzildə baş verib. İlkin məlumata görə, 13 yaşlı K. Abıyev və atası Ə. Abıyevin meyiti tapılıb. Onların hamamda dəm qazından boğularaq öldükləri bildirilir. Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır. Məlumata görə, K. Abıyev Nəsimi rayonundakı […]
Bu gündən güclü geomaqnit qasırğası gözlənilir
Geomaqnit sahəsi ardıcıl baş vermiş TKAın Yerə təsiri ilə 8-10 iyun tarixlərində G3 səviyyəsinədək, yəni güclü geomaqnit qasırğası gözlənilir. Canlixeber.com xəbər verir ki, bu barədə Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Bildirilib ki, günəş küləyinin 6 iyunda baş vermiş TKA-nın təsirilə 8-9 iyunda normadan yüksək olacağı gözlənilir. Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 5–85%, […]
Ali Məhkəmə beynəlxalq yük daşınması ilə bağlı mühüm hüquqi mövqe açıqladı
Ali Məhkəmə beynəlxalq yük daşınması münasibətlərində yük göndərənin və daşıyıcının müəyyən edilməsinə dair hüquqi mövqe ifadə edib. Canlixeber.com xəbər verir ki, beynəlxalq yük daşınması zamanı yükün zədələnməsi və ya məhv olması ilə bağlı mübahisələrdə əsas məsələlərdən biri yük göndərənin və daşıyıcının kimliyinin düzgün müəyyən edilməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin son qərarlarından birində bu məsələlərlə bağlı […]
15 nəfər təxliyə olunub, 7 nəfərin meyiti tapılıb
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 443 yanğına çıxış, 44 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Canlixeber.com xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.. Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların […]
7-ci sinif şagirdi vəfat edib
7-ci sinif şagirdi Kamran Abıyev vəfat edib. Canlixeber.com xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. Qeyd edək ki, Kamran Abıyevin vəfatı məktəb ictimaiyyəti tərəfindən dərin hüznlə qarşılanıb. Bu ağır itki ilə əlaqədar mərhumun ailəsinə, yaxınlarına, sinif yoldaşlarına və müəllimlərinə başsağlığı ifadə olunub.
İsmayıllıda avtomobil küçədə yandı
İsmayıllı rayonunda avtomobil küçədə yanıb. Canlixeber.com xəbər verir ki, hadisə rayonun Diyallı kəndi ərazisində qeydə alınıb. Belə ki, kənd sakini Rəfael Nəsirova məxsus “Mercedes” markalı avtomobil küçədə yanıb. Faktla bağlı araşdırma aparılır.
Bakıda yük maşını piyadanı vurub
Bakıda “KamAz” piyadanı vuraraq öldürüb. Canlixeber.com xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Belə ki, Sahil Abbasov idarə “KamAz” markalı yük maşını ilə yolu keçən piyada Nurlan Əhmədovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Qəbul imtahanının 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat başa çatır
I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat prosesi bu gün saat 23:59-dək aparılacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, imtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə […]
Müdafiə Nazirliyinin keçmiş zabiti gəlininin adına ev aldı – Özü çöldə qaldı
Müdafiə Nazirliyinin keçmiş zabiti gəlini tərəfindən aldadılıb. Canlixeber.com “Yeni Sabah”a istinadla xəbər verir ki, bunu tanınmış vəkil Fərhad Mehdiyev bildirib. Onun sözlərinə görə, zərərçəkmiş tərəf məhkəməyə müraciət edəcək: “Pul qazanmaq çətin olduğuna görə, külli miqdarda pul itirən və indi kirayələrdə yaşayan bir ailənin faciəsindən danışım, siz də anlayın niyə ailə institumuz bu gündədir, evlənmə sayları […]
Dünən keçirilən imtahanların düzgün cavabları açıqlanıb
7 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının izahı və düzgün cavabları açıqlanıb Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahını (I ixtisas qrupu, IV ixtisas qrupu, III ixtisas qrupu – coğrafiya), eləcə də qapalı və kodlaşdırıla […]
