Abşeronda qadın faciəli şəkildə öldü
Abşeron rayonunda qadın bədbəxt hadisə nəticəsində ölüb.
Canlixeber.com xəbər verir ki, hadisə rayonun Qobu qəsəbəsində baş verib.
Qəsəbə sakini 1984-cü il təvəllüdlü Könül Nüsrət qızı Qurbanovanı yaşadığı evin həyətində iş görərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
