Bayram günlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
1 min read

Bayram günlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 15 iyun – Qurtuluş Günü və 26 iyun – Silahlı Qüvvələr Günündə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.

Canlixeber.com xəbər verir ki, bu barədə QSC məlumat yayıb.

Vurğulanıb ki, sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərlər.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.