1 min read

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin olunub

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında rəhbər dəyişikliyi olub. Canlixeber.com xəbər verir ki, Teymur Adışirin oğlu Mirzəbəyli Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin edilib. Qeyd edək ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru olan Oktay Əmənullayev bir neçə gün bundan əvvəl vəzifəsindən azad edilərək Lənkəran xəstəxanasına direktor təyin edilib.

6 mins read

Ali Məhkəmədən faiz müqabilində borc verənlərə sərt xəbərdarlıq

Faiz müqabilində borc verilməsi ilk baxışdan sadə mülki münasibət kimi görünsə də, bu sahədə ciddi hüquqi risklər mövcuddur. Canlixeber.com xəbər verir ki, bu barədə Ali Məhkəmədən bildirilib. Xüsusilə müxtəlif şəxslərə davamlı və sistemli şəkildə faizlə borc verən şəxslər bilməlidirlər ki, belə fəaliyyət müəyyən hallarda sadə borc münasibətindən çıxaraq onlar üçün hüquqi məsuliyyət məsələsi yarada bilər. […]

1 min read

Bakıda İncəsənət Gimnaziyası, 3 məktəb və 3 bağça təmir edilir

Yeni tədris ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 7 təhsil müəssisəsində tikinti və əsaslı təmir işləri aparılır. Canlixeber.com xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb. Bildirilib ki, hazırda BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 3 məktəbin (57, 68 və 141 nömrəli) sökülərək yenidən tikintisi, 1 məktəbin (İncəsənət Gimnaziyası) və 3 uşaq bağçasının […]

1 min read

Beyləqanda minik və yük avtomobilləri toqquşub, ölən var

Beyləqanda minik və yük avtomobilləri toqquşub. Canlixeber.com xəbər verir ki, hadisə Qaradağlı kəndində qeydə alınıb. Belə ki, MAN markalı yük və “Hyundai” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində “Hyundai”ın sürücüsü Əlzamin Saday oğlu Məmmədov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

1 min read

Yevlaxda avtomobil motosikletlə toqquşub, ölən var

Yevlaxda avtomobilin motosikletlə toqquşması nəticəsində 1 nəfər ölüb. Canlixeber.com xəbər verir ki, 2005-ci il təvəllüdlü Yevlax rayon sakini İsayev Nazim Nail oğlu etibarnamə ilə idarə etdiyi VAZ-2106 markalı avtomobillə Yevlax şəhəri, Füzuli küçəsi ilə hərəkətdə olan zaman 1954-cü il təvəllüdlü Yevlax şəhər sakini Kərimov Mahmud Talıb oğlunun idarə etdiyi “Muravey” markalı motosikletlə toqquşub. Nəticədə motosikletin […]

1 min read

Göygöldə yük avtomobili piyadanı vurub öldürdü

Göygöl rayonunun Qızılca kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Canlixeber.com xəbər verir ki, dünən saat 9 radələrində 1977-ci il təvəllüdlü Gəncə şəhər sakini Rəhman Fərman oğlu Allahverdiyevin idarə etdiyi “Zil MMZ-45021” markalı yük avtomobilini geriyə doğru hərəkət etdirərkən yol kənarında dayanan 1963-cü il təvəllüdlü İman Əli oğlu Məmmədovu vurub. Piyada aldığı xəsarətlər nəticəsində […]

1 min read

Çempionlar Liqası həyəcanı Bakıda: “Sabah” – “Hapoel Beer-Şeva”

“Sabah” futbol klubu bu axşam UEFA Çempionlar Liqasının play-off mərhələsində cavab oyununu keçirəcək. Canlixeber.com xəbər verir ki, təmsilçimiz bu mərhələdə İsrailin “Hapoel Beer-Şeva” klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 20:45-də başlanacaq. Xatırladaq ki, komandalar arasında keçirilən ilk görüş İsrail təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. UEFA Çempionlar Liqası […]

1 min read

Robert Köçəryan saxlanıldı

Ermənistanın ikinci prezidenti Robert Köçəryan dindirilmə üçün Korrupsiyaya qarşı Mübarizə Komitəsinə aparılıb. Canlixeber.com xəbər verir ki, bu barədə sabiq prezidentin ofisinin rəhbəri Baqrat Mikoyan bildirib. “Səhər tezdən Robert Köçəryan istintaq orqanının əməkdaşları tərəfindən Korrupsiyaya qarşı Mübarizə Komitəsinə aparıblar”, – o deyib. Qeyd edək ki, bundan əvvəl hüquq-mühafizə orqanlarının əməkdaşları Robert Köçəryanın oğlu, deputat Levon Köçəryanın […]

1 min read

Kəlbəcərin ilk və yeganə məzunu tələbə adını qazanıb

İşğaldan azad olunmuş Kəlbəcər şəhərində fəaliyyət göstərən Bəhmən Cəfərov adına 1 nömrəli tam orta məktəbin ilk və yeganə məzunu Nəzrin Seyfəddin qızı Atakişiyeva tələbə adını qazanıb. Canlixeber.com xəbər verir ki, Nəzrin Atakişiyeva Gəncə Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olunub.

1 min read

Sərnişinlərin DİQQƏTİNƏ: Qatarların hərəkətində MÜVƏQQƏTİ DƏYİŞİKLİK

Avqustun 25-dən Xırdalan-Biləcəri mənzilində aparılacaq təmir işləri ilə əlaqədar Bakı-Xırdalan-Bakı və Bakı-Pirşağı-Sumqayıt-Bakı marşrutları üzrə hərəkət edən şəhərətrafı qatarların hərəkət cədvəlində müvəqqəti dəyişiklik ediləcək. Canlixeber.com xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb. Bildirilib ki, yenilənmiş hərəkət cədvəlinə əsasən, şəhərətrafı qatarların ümumi reys sayı 84-dən 90-a çatdırılacaq. Qeyd olunub ki, avqustun 25-dən etibarən […]