1 min read

Gəncədə 64 yaşlı qadın qətlə yetirilib, oğlu şübhəli bilinir

Gəncə şəhərində 64 yaşlı qadın qətlə yetirilib. Canlixeber.com xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən bazarlardan birində qeydə alınıb. 1962-ci il təvəllüdlü Laləzər Verdiyeva bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilsə də, qadının həyatını xilas etmək mümkün olmayıb. İlkin məlumata görə, qadının qətlində oğlu şübhəli bilinir. Faktla bağlı araşdırma aparılır.

1 min read

Vəliəhd şahzadə Hokon Norveçin yeni kralı oldu

Kral V Haraldın vəfatından sonra onun oğlu Hokon Norveçin yeni monarxı olub. Canlixeber.com xəbər verir ki, bu barədə Norveç mediası məlumat yayıb. Bildirilir ki, kral sarayında yeni kralın şərəfinə bayraq ucaldılıb. “Bir neçə dəqiqə əvvəl o, yeni vəliəhd şahzadə İnqrid Aleksandra ilə birlikdə hökumət nümayəndələrinin iştirakı ilə Nazirlər Kabinetinin növbədənkənar iclasını keçirib”, – məlumatda qeyd […]

1 min read

“Gəncə” ABŞ-dən olan basketbolçu Kobi Maqini heyətinə qatıb

“Gəncə” daha bir basketbolçunu heyətinə cəlb edib. Canlixeber.com xəbər verir ki, bu barədə klubdan məlumat verilib. Bildirilib ki, ABŞ-dən olan Kobi Maqi yeni mövsümün sonunadək bölgə təmsilçisində çıxış edəcək. 23 yaşlı müdafiəçi ilk dəfə legioner həyatı yaşayacaq. O, bunadək yalnız vətənində çıxış edib.

1 min read

Tanınmış polkovnik-leytenant VƏFAT ETDİ

Azərbaycan daxili işlər orqanlarında ağır itki baş verib. Canlixeber.com xəbər verir ki, polis polkovnik-leytenantı Mehman Əhmədov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib. Mərhum müxtəlif illərdə Qax və Balakən rayonlarının daxili işlər orqanlarında, eləcə də digər strukturlarda müxtəlif məsul vəzifələrdə çalışıb. O, xidmətini başa vurduqdan sonra təqaüdə çıxmışdı.

9 mins read

Nazirlər Kabinetindən bu qanunla bağlı tapşırıq

Baş nazir Əli Əsədov Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi ilə bağlı bir sıra qurumlara tapşırıqlar verib. Canlixeber.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 avqust tarixli 1182 nömrəli Sərəncamının […]

3 mins read

Meteor yağışı olacaq

Avqustun 28-dən sentyabrın 5-dək Aurigid meteor yağışı aktiv olacaq. Meteor axını maksimum aktivliyinə sentyabrın 1-də çatacaq. Canlixeber.com xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Verilən xəbərə görə, Aurigidlər yüksəksürətli meteorları və maraqlı mənşəyi ilə diqqəti cəlb edir. Aurigid meteor yağışının mənbəyi uzunperiodlu C/1911 N1 (Kiess) kometasıdır. Bu […]

1 min read

Azərbaycanda 1 milyon 100 min pensiyaçı var

2026-cı il iyulun 1-i vəziyyətinə Azərbaycanda 1 milyon 100 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1 milyon 103,3 min) pensiyaçı qeydiyyatda olub. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib. Məlumata görə, bu, ölkə əhalisinin 10,7 faizini təşkil edib. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə […]

1 min read

Bakıda iki nəfəri elektrik cərəyanı vuraraq öldürüb

Paytaxtın Sabunçu rayonunda elektrik cərəyanı vuran 36 yaşlı kişi ölüb. Canlixeber.com xəbər verir ki, hadisə avqustun 26-da Ramana qəsəbəsində baş verib. Qəsəbənin ərazisində kamera quraşdıran zaman elektrik cərəyanı vuran 1990-cı il təvəllüdlü Əlabbas Niftalıyev xəstəxanada həyatını itirib. Bundan başqa Binəqədi rayonunda elektrik cərəyanı vuran 46 yaşlı kişi ölüb. Hadisə ötən gün rayonda yerləşən zavodların birində […]

4 mins read

Tarix və mədəniyyət abidələrinin qorunması diqqətdə saxlanılır – Baş Prokurorluq

Tarix və mədəniyyət abidələrində qanunsuz rekonstruksiya işlərinin qarşısının alınması ilə bağlı tədbirlər görülür Canlixeber.com xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, Bakı şəhərinin Nəsimi və Xəzər rayonlarında yerləşən dövlət mühafizəsinə götürülmüş tarix və mədəniyyət abidələrində müvafiq razılaşdırma aparılmadan təmir, bərpa, yenidənqurma və digər işlərin görülməsi ilə bağlı Mədəniyyət Nazirliyindən daxil olmuş […]