1 min read

“Səfərbərlik ehtiyatlarının nomenklaturası” təsdiq edildi

“Səfərbərlik ehtiyatlarının nomenklaturası” təsdiq edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Maliyyə Nazirliyi səfərbərlik ehtiyatlarının nomenklaturasında qeyd edilən malların tədarükünün 2027-ci ilin dövlət büdcəsindən maliyyələşdirilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək. Dövlət Ehtiyatları Agentliyi səfərbərlik ehtiyatlarının nomenklaturası üzrə ehtiyatların uçotunun aparılmasını və bu sahədə nəzarətin həyata keçirilməsini […]

1 min read

Baş nazir Ruslan Əlixanovu vəzifəsindən azad etdi

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) baş icraçı direktoru və İdarə Heyətinin üzvü Ruslan Əlixanov vəzifəsindən azad olunub. Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş naziri və AİH-in Müşahidə Şurasının sədri Əli Əsədov tərəfindən qərar qəbul olunub. Bildirilib ki, AİH-in baş icraçı direktorunun vəzifəsinin icrası müvəqqəti olaraq baş icraçı direktorun müavini Dəyanət Sədullayevə həvalə olunub. […]

1 min read

Əli Əsədov gəmi qəzasına görə Ünal Üstelə başsağlığı verib

Avqustun 31-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insan ölümü ilə əlaqədar Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelə başsağlığı məktubu ünvanlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Məktubda həlak olanların ailələrinə və yaxınlarına, Şimali Kipr Türk Cümhuriyyətinin xalqına dərin hüznlə başsağlığı verilib, […]

1 min read

Əli Əsədov Oljas Bektenovu təbrik edib

Azərbaycanın Baş naziri Əli Əsədov Oljas Bektenova Qazaxıstan Respublikasının Baş naziri vəzifəsinə yenidən təyin olunması münasibətilə təbrik məktubu ünvanlayıb. Canlixeber.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb. Məktubda qeyd olunub ki, Azərbaycan-Qazaxıstan münasibətlərinin hazırkı yüksək səviyyəsi ortaq tarix, mənəvi və mədəni dəyərlərlə sıx bağlı olan iki ölkənin qardaş xalqlarının iradəsini əks etdirir. Qarşılıqlı […]

1 min read

Azərbaycanın İrandakı səfirliyi və konsulluğu müharibə şəraitində işləyən diplomatik korpus kateqoriyasına daxil edilib

Azərbaycanın diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyət göstərdikləri müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərin siyahısına İran da daxil edilib. Canlixeber.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədovun imzaladığı Qərarda deyilir. Baş nazirin qərarı ilə diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi qaydalarında dəyişiklik edilib. Bu Qərar 2026-cı il 1 mart tarixindən tətbiq […]

9 mins read

Nazirlər Kabinetindən bu qanunla bağlı tapşırıq

Baş nazir Əli Əsədov Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının təmin edilməsi ilə bağlı bir sıra qurumlara tapşırıqlar verib. Canlixeber.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 avqust tarixli 1182 nömrəli Sərəncamının […]

1 min read

Hərbi xidmətə çağırış üzrə komissiyada TƏBİB-in təmsilçisi dəyişib

Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının üzvlərindən biri dəyişib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov “Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi”nin və “2016-cı il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların say bölgüsü”nün təsdiq edilməsi haqqında” Nazirlər […]

1 min read

Bəzi şəxslər üçün baş mühasib olma qaydası asanlaşdırıldı

“Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları”nda dəyişiklik edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, ictimai sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə I və ya II səviyyə peşəkar mühasib sertifikatını əldə etmək üçün müraciət etmiş […]

1 min read

Bu şəxslərin imtahan nəticələri ləğv ediləcək – QƏRAR

Nazirlər Kabinetinin bir neçə qərarında dəyişiklik edilib. Canlixeber.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”na edilən dəyişikliyə görə, namizəd tərəfindən bilərəkdən […]