Pensiya
Azərbaycanda 1 milyon 100 min pensiyaçı var
2026-cı il iyulun 1-i vəziyyətinə Azərbaycanda 1 milyon 100 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1 milyon 103,3 min) pensiyaçı qeydiyyatda olub. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd edilib. Məlumata görə, bu, ölkə əhalisinin 10,7 faizini təşkil edib. Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə […]
Bütün sosial ödənişlər sabah yekunlaşdırılacaq
Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların avqustun 25-də ödənilməsi nəzərdə tutulub. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bununla da respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq.
Azərbaycanda 6 ayda 22 mindən çox şəxsə proaktiv pensiya təyin edilib
Bu ilin yanvar-iyun aylarında 22 690 şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Məlumata görə, onların 54,53 %-ni kişilər, 45,47 %-ni isə qadınlar təşkil edib.
Bu qadınların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var – DEPUTAT AÇIQLADI
“Daha tez pensiyaya çıxmaq hüququ yalnız çox uşaqlı ailələrə deyil, bir sıra digər vətəndaşlarımıza da şamil olunur. Güzəştli şərtlər ilə pensiya hüququ “Əmək pensiyaları” haqqında Qanunla təsbit olunub”. Canlixeber.com xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov social şəbəkə hesabında paylaşım edib. Deputat bildirib ki, Qanunun 8-ci maddəsi “uşaqlara görə güzəştli şərtlərlə yaşa […]
İyun ayının sosial ödənişləri yekunlaşdırılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün iyun ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib. Canlixeber.com bu barədə ƏƏSMN məlumat yayıb. Bildirilib ki, Fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb. Qeyd edilib ki, bundan əvvəl iyunun 12-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, […]
Son beş ayda pensiya ödənişlərinə ayrılan vəsait AÇIQLANDI
Bu ilin 5 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10%, yəni 308 milyon manat çox olmaqla 3 milyard 262 milyon manat vəsait yönəldilib. Canlixeber.com xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, 1 iyun 2026-cı il tarixə pensiyaların orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən […]
Bütün sosial ödənişlərin yekunlaşacağı tarix məlum olub
Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının mayın 22-də ödənilməsi nəzərdə tutulub. Canlixeber.com xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Bildirilib ki, beləliklə respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq.
